VEYSƏLOĞLU son 3 ayda 5 min ton məhsulu birbaşa tarladan rəflərə gətirib
Öz məhsullarının Araz supermarket və Oba marketlər şəbəkəsində birbaşa satılmasını istəyən fermerlər +994559006774 əlaqə nömrəsinə müraciət edə bilərlər.(®) Veysəloğlu Şirkətlər Qrupu “Tarladan rəfə” prinsipinə sadiq qalaraq əhalinin yerli və təbii məhsullarla təminatını davam etdirir.
Belə ki, Şirkətlər Qrupunun 2021-ci ilin may ayından etibarən fəaliyyətə başlayan Meyvə-Tərəvəz satınalma şirkəti kənd təsərrüfatı məhsullarının birbaşa fermerdən alışını həyata keçirir. Şirkətin hədəfi əhalinin uyğun qiymətə və təbii məhsullarla təmin edilməsi, həmçinin ölkənin əkinçilik potensialının tam olaraq üzə çıxarılması və kiçik və orta təsərrüfat subyektlərinə dəstək olmaqdır.
İlkin mərhələdə Şəki-Zaqatala, Gəncə-Qazax, Aran iqtisadi rayonlarında fəaliyyət başlanılıb. Belə ki, artıq Veysəloğlu Şirkətlər Qrupuna aid supermarket və marketlərin soğan ehtiyacının 98%-i (təqribən 1400 ton), kartofun 95%-i (təqribən 2000 ton) və kökün 100%-i (200 ton) birbaşa fermer təsərrüfatlarından alınaraq ödənilir.
Veysəloğlu Şirkətlər Qrupu hazırda 62 aktiv kənd təsərrüfatı subyektindən məhsul alışları həyata keçirir. Qeyd edək ki, regionlar üzrə ümumilikdə 170-dən çox əkin sahəsində fermerlərlə əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin növbəti mövsüm üçün razılıq əldə olunub.
Son 3 ayda təqribən 1.5 milyon manat (5.000 ton) dəyəri olan meyvə-tərəvəz çeşidlərinin birbaşa təsərrüfat subyektləri üzərindən alışları baş tutub. Xüsusi ilə bildirək ki, soğan, kök, kartof, sarımsaq, şaftalı, gavalı, alma, armud və gilas növləri üzrə məhsulların birbaşa kəndlidən alışı həyata keçirildiyi üçün istehlakçılar qiymət və yerli dad meyarı üzrə bu fərqi anlaya bilərlər.
Onu da bildirək ki, Şirkətlər Qrupu logistik əməliyyatların səmərəli və effektiv təşkili üçün ilkin mərhələdə kartof və soğan məhsullarının qəbulu, saxlanılması və çatdırılması məqsədi ilə Mingəçevir və Salyan rayonlarda yerli saxlama məntəqələrini istifadəyə verib.
Öz məhsullarının Veysəloğlu Şirkətlər Qrupuna daxil olan Araz supermarket və Oba marketlər şəbəkəsində birbaşa satılmasını istəyən fermerlər +994559006774 əlaqə nömrəsinə müraciət edə bilərlər.
27 ildir ki, Azərbaycan iqtisadiyyatına dəyər qatan Veysəloğlu Şirkətlər Qrupu topdan satış/distribusiya, pərakəndə, istehsalat, logistika sahələrində fəaliyyət göstərir. Bu gün Veysəloğlu Şirkətlər Qrupu 17 mindən çox əməkdaş sayı ilə Azərbaycanın ən iri iş yeri imkanı yaradan qurumlarından biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq
























