Azərbaycandan Avropaya ixrac olunacaq dəri məhsulları AQTİ laboratoriyalarında müayinələrə cəlb olunacaq

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsulları, o cümlədən işlənmiş dəri məhsullarının Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı istiqamətində zəruri tədbirlər həyata keçirilib.
AQTA-dan Marja-ya daxil olmuş məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi (DG-Sante) Baş Direktorluğu ilə danışıqlar aparılıb və ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə müvəffəqiyyətlə qəbul edilib.
Avropa İttifaqı ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.
Mərkəzi Baytarlıq Laboratoriyasına ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan müxtəlif müəssisələrdən ay ərzində 160.000 dən çox nümunə daxil olur. Gön-dəri nümunələrində qarayara xəstəliyinin müayinəsi bakterioloji (əkmə, mikroskopik, bioloji sınaq), molekulyar genetik (PZR) təyini və seroloji (presipitasiya reaksiyası) üsulu ilə həyata keçirilir. Laborator analizlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) “Quruda yaşayan heyvanların diaqnostika təlimatı”na istinad edilərək aparılır. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyasında quş qripi, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Qeyd edək ki, AQTİ nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir. Burada dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər peşə fəaliyyətini uğurla icra edir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
8 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 17 saat əvvəl
-
21 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
23 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
23 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
