Çinin ən böyük avtomobil istehsalçısının gəlirləri ilin ilk yarısında 29% artıb
Çinin ən böyük avtomobil istehsalçısı "SAIC Motor"un 2021-ci ilin ilk yarısında cəmi gəliri keçən ilin yanvar-iyun ayları ilə müqayisədə 29,03% artaraq 366,09 milyard yuan (56,58 milyard dollar) təşkil edib.
Marja xəbər verir ki, bu məlumatlar şirkətin Cümə axşamı günü Şanxay Birjasında təqdim olunan hesabatında yer alıb.
Səhmdarlara aid olan xalis gəlir bir il ərzində 58,61% artaraq 13,31 milyard yuan (2 milyard dollar) olub.
Hesabatda ilin birinci yarısında şirkətin yüksək performansı ölkədəki epidemioloji vəziyyətə təsirli nəzarət və satışların artmasına səbəb olan avtomobil bazarının canlanmasının müsbət dinamikası ilə izah olunur.
Bu ilin yanvar-iyun aylarında "SAIC Motor"un nəqliyyat vasitələrinin pərakəndə satış həcmi illik olaraq 29,7% artaraq 2,94 milyon ədədi keçib. Xarici bazarlarda satışlar illik olaraq 112% artaraq 265 min avtomobilə çatıb.
Bu ilin aprel ayında, Şanxayda yerləşən "SAIC Motor", önümüzdəki beş il ərzində ağıllı avtomobillərin istehsalı üçün lazım olan texnologiyanın inkişaf etdirilməsi üçün təxminən 300 milyard yuan (təxminən 46 milyard dollar) sərmayə yatıracağını açıqlayıb. Vəsaitlər yeni mərkəzləşdirilmiş elektron arxitekturanın, xidmət yönümlü platformaların və yeni nəsil ağıllı elektrikli avtomobillərin istehsalı üçün yeni müəssisənin inkişafına sərf olunacaq.
2020-ci ildə rəsmi məlumatlara görə, "SAIC Motor"un ümumi satışları 10,2% azalaraq 5,6 milyon avtomobil təşkil edib. Eyni zamanda, xarici bazarlarda müvafiq rəqəm 11,3% artaraq 390 min ədədə çatmışdır.
Çinin ən böyük avtomobil istehsalçısı "SAIC Motor", 2020 -ci ildə 107,56 milyard dollarlıq əməliyyat gəliri ilə dünyanın ən böyük şirkətlərinin siyahısında - Fortune Global 500-də 60 -cı yeri tutub."SAIC Motor" siyahıya ilk dəfə 2004 -cü ildə daxil olub. 2014 -cü ildən bəri siyahıda ilk 100 şirkət arasında yer alır. Avtomobil istehsalçısı, 2020-ci ildə özünə məxsus markalardan (Roewe, MG, Maxus, Wuling, Hongyan və s.) 2,599 milyon ədəd avtomobil də daxil olmaqla 5,6 milyon avtomobil satmaqla Çində liderliyini davam etdirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























