Azərbaycanda qaz hasilatı artıb
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2021-ci ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda təxminən 20,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 522,2 min ton az olub.
Respublika üzrə neft hasilatının 13,3 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,2 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 4,6 milyon ton təşkil edib.
Hesabat dövründə təxminən 16,4 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 15,6 milyon tondan çoxu konsorsiumun, 823,7 min tonu isə SOCAR-ın payına düşür. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 517,5 min ton, yəni 3 faiz azdır.
Cari ilin yanvar-iyul aylarında ölkədə 24,1 milyard kub metr qaz hasil edilib. Qazın 7,5 milyard kub metri AÇG-dən, 12 milyard kub metri “Şahdəniz”dən, 4,6 milyard kub metri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 7,8 faiz, yəni 1,7 milyard kub metr artımla qaz hasil edilib.
Hesabat dövründə xaricə qaz satışı təxminən 10,4 milyard kub metr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 35 faiz çoxdur. Cari ilin yanvar-iyul aylarında Türkiyəyə təqribən 5,2 milyard kub metr, Avropaya təqribən 4 milyard kub metr, Gürcüstana isə 1,1 milyard kub metr qaz ixrac edilib. Bu dövrdə BTC boru kəməri sisteminə 58,4 milyon kub metr qaz verilib. Qeyd edək ki, Türkiyəyə TANAP-la bu müddətdə 3,2 milyard kub metrdən çox qaz nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 01 avqust 2021-ci il tarixinədək 569 milyon tondan çox neft (kondensatla birlikdə) hasil edilib. “Azəri-Çıraq-Günəşli”-dən 537 milyon tondan çox neft, “Şahdəniz”dən isə təqribən 32 milyon tondan çox kondensat çıxarılıb. “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən 2021-ci ilin 1 avqust tarixinədək təqribən 569 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Yataqlar istismara veriləndən cari ilin 01 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 184 milyard kub metrdən çox, “Şahdəniz”dən isə 147 milyard kub metrə yaxın qaz hasil edilib. Bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın təxminən 100 milyard kub metrdən çoxu ixraca nəql edilib.
Ölkədə neftin emalı 2021-ci ilin yanvar-iyul aylarında 3,9 milyon ton təşkil edib. Neftin emalı ötən ilin müvafiq dövrünə nisbətən 257,9 min ton çox olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
-
48 d. əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
-
- 53 d. əvvəl
-
56 d. əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
-
1 saat əvvəl
“PAŞA Holding”dən yeni törəmə şirkət – “PAŞA Maliyyə Holding” təsis edilib
-
1 saat əvvəl
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Ən çox oxunanlar
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı




















