“Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar”
"Peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb”Səhiyyə nazirinin müavini Teymur Musayev saxta COVID sertifikatı alan və onu verən tibb işçilərindən danışıb.
Nazir müavini həmin şəxslərin cinayət işlətdiyini deyib:
“Saxta sertifikat alan və onu verən tibb işçisi cinayət işlədir. Bu işlə məşğul olanlar ölüm lotereyası oynayırlar. Onlar insanların həyatını təhlükə altına alırlar”.
Nazir müavini qeyd edib ki, dırnaqarası ekspertlər, bəzi ictimai fəallar, xadimlər sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində insanları peyvəndlənmədən kənarlaşdırmaqla məşğuldurlar:
“Reanimasiya şöbələrində dünyasını dəyişən insanların ölümündə həmin insanların məsuliyyəti və əli var. Bu, bir cinayətdir”.
T.Musayevin sözlərinə görə, indiyədək əhalinin 35%-i tam (hər iki dozu alıb-red.) peyvəndlənib:
“60-70 faizə yaxınlaşsaq, yoluxmanın sürətinin qarşısını alacağıq. Hazırda xəstəxanalara yerləşdirilənlərin 96 faizi peyvənd almayan insanlardır. Reanimasiyada yatanların 98 faizi peyvənd olunmayanlardır. Hətta peyvənd olunub reanimasiyaya düşənləri də təhlil edirik. Neqativ hallar da baş verir – saxta COVID pasportu, peyvənd sertifikatı əldə edən insanlar olub. Onların arasında onlar da var. Tam əminliklə deyə bilərəm ki, peyvənd olunanların heç biri reanimasiyada süni tənəffüs aparatına qoşulmayıb”.
Teymur Musayev deyib ki, Azərbaycanda koronavirusa yoluxma sayının artmasına səbəb “Delta” ştammıdır. Digər ştammlardan fərqli olaraq, 30% daha sürətlə yayılması var.
Nazir müavini qeyd edib ki, buna baxmayaraq, ölkədə çarpayı fondunda heç bir problem yoxdur:
“Azərbaycanda sırf COVID-19-la bağlı 10 mindən artıq çarpayı fondu var”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
33 san. əvvəl
“Azerconnect Group” korporativ tərəfdaşları üçün AdTech xidmətini təqdim edib
- 10 d. əvvəl
- 13 d. əvvəl
- 21 d. əvvəl
-
25 d. əvvəl
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
-
39 d. əvvəl
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Hazırda "PAŞA Bank"ın "yaşıl istiqraz" buraxılması ilə bağlı planı yoxdur"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Ən çox oxunanlar
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
S&P 500 rekord səviyyəyə yüksəlib
Qızılın qiyməti 5600 dollara yaxınlaşdı




















