Azərbaycanda “LED” lampaların istehsalına başlanılacaq - YENİ ZAVOD, 500 İŞ YERİ
Gəncədə yeni istehsal müəssisəsi istismara veriləcək.
Marja xəbər verir ki, “Zaferoğlu Eklektrik” MMC adı ilə fəaliyyət göstərəcək yeni müəssisədə “LED” lampalar istehsal ediləcək. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov müəssisədə yaradılan şəraitlə tanış olub.
Sahibkar Zəfər Məmmədov zavod və burada gölürən işlər barədə şəhər rəhbərinə məlumat verib. O bildirib ki, binada aparılan təmir işlərinin 80 faizə yaxını artıq yekunlaşıb və yarım ay ərzində dəzgahların quraşdırılmasına başlanılacaq. Burada istehsal olucanaq “LED” lampalar standart lampalarla müqaisədə enerjiyə 10 dəfəyədək qənaət etmək imkanı verəcək.
Zəfər Məmmədov sahibkarlara göstərilən dövlət dəstəyindən də danışıb. O bildirib ki, zavod İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən verilən güzəştli biznes krediti hesabına açılacaq.
“Bununla yanaşı Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin təstiqedici sənədi əsasında zavodda istehsal olunacaq “LED” lampalar gömrük rüsumundan azad ediləcək. Eyni zamanda İqtisadiyyat Nazirliyi tərəfindən veriləcək investisiya təşviq sənədi ilə xaricdən gətirəcəyimiz dəzgahlar üçün də gömrük rüsumu tələb edilməyəcək” – deyə, o qeyd edib.
Göstərilən dəstəyə görə dövlət başçısı və şəhər rəhbərliyinə təşəkkür edən Zəfər Məmmədov, sahibkarlara da çağırış edib:
“Sahibkarlığın inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısı, cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Gəncə şəhərinin rəhbərliyinə öz dərin təşəkkürümü bildirirəm. “Gəncə İş Adamları” İctimai Birliyinin təsisçisi və sədri olaraq, bütün sahibkarları Gəncə şəhərində yaradılan şəraitdən faydalanmağa və bura investisiya yatırmağa çağırıram”.
Qeyd edək ki, “Zaferoğlu Eklektrik” MMC-in cari ilin oktyabr ayının sonlarına istismara verilməsi planlaşdırılır. Zavodda ilkin olaraq 100 nəfər işlə təmin olucanaq ki, müəssisə tam gücü ilə fəaliyyətə başladıqdan sonra bu sayın 500-ə çatdırılması hədəflənir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
6 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















