“Məhsullarımızı Belarus, Rusiyaya və Almaniyaya göndərirdik, indi isə bu işlər dayanıb”

Astara rayonunda çayçılıq və çəltikçiliklə məşğul olan ən böyük təsərrüfatlardan biri “Astaraçay” MMC-dir. Zəngin tarixi ənənələri olan Astarada çayçılıq, çəltikçilik, habelə sitrus meyvəçiliyinin inkişafında “Astaraçay” MMC-nin də rolu var.
2011-ci ildən fəaliyyət göstərən “Astaraçay” MMC-də çayçılıqdan əlavə, çəltikçilik və sitrus meyvəçiliyi də inkişaf etdirilir. Kollektivin üzvləri bu il Astara və Lənkəran rayonlarında 340 hektarda çəltik, 105 hektar sahədə sitrus və subtropik bitkiləri, Biləsuvar rayonunda isə 850 hektarda arpa əkiblər.
Çəltik əkini ilə bağlı şirkətin nəzdində toxumçuluq təsərrüfatının yaradıldığını və yerli fermerlərin çəltik toxumu ilə təmin edildiyini deyən “Astaraçay” MMC-nin baş aqronomu İsrafil İsrafilov avqustun ikinci ongünlüyündə sahələrdən məhsul yığımına başlanılacağını söyləyib: “Hazırda 400 hektar məhsuldar çay plantasiyasında üçüncü məhsulun yığım kampaniyası davam edir. İndiyədək plantasiyalardan 226 ton yaşıl çay yarpağı yığmışıq. İlin sonuna kimi bu rəqəmin 400 tona çatdırılmasını nəzərdə tutmuşuq”.
Baş aqronom pandemiyanın “Astaraçay” MMC-nin fəaliyyətində yaratdığı problemləri də diqqətə çatdırıb. “Pandemiyanın fəaliyyətimizə müəyyən təsirləri oldu. Pandemiya ilə əlaqədar xarici bazarlara çıxış çətinləşib. Çay məhsullarımızı əsasən Belarus və Rusiyaya ixrac edirdik, Almaniyaya da göndərirdik. Pandemiyadan sonra isə bu işlər dayandı”, - deyə o əlavə edib.
Bütün bunlara baxmayaraq, kollektivin böyük həvəslə çalışdığını qeyd edən İ.İsrafilov pandemiya səbəbindən məhsulların daha çox yerli bazarlara çıxarıldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
- 7 saat əvvəl
-
7 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
10 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 20 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
