Şahin Mustafayev Parsabad yük terminalının tikintisi ilə bağlı Tehranda görüş keçirib
İran və Azərbaycan arasında Parsabad dəmiryolu yük terminalının tikintisi ilə bağlı Tehranda iki ölkənin rəsmiləri arasında görüş keçirilib.
Görüşdə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və İran parlamentinin spiker müavini Əli Nikzad və Ərdəbil əyalətinin rəsmiləri iştirak edib.
Görüşdə Ş.Mustafayev Azərbaycan dövləti və xalqının salamlarını çatdırıb və Parsabad dəmir yolu yük terminalı ilə bağlı işlərin sürətləndirilməsinə çalışacağını bildirib.
O, iki ölkə arasında müştərək mədəni, dini və tarixi bağlardan danışıb və bildirib ki, Azərbaycan və İran birlikdə iqtisadi, ictimai və mədəni əlaqələri daha da artıra bilərlər.
Görüşdə parlamentin spiker müavini Ə. Nikzad Parsabad dəmiryolu yük terminalının təsis edilməsi layihəsi üçün görülən işlərdən danışıb layihə ilə bağlı Azərbaycanda 4 iclas, İranda 3 iclas keçirildiyini vurğulayıb: "Yol xəritəsi hazırlanıb, araşdırmalar aparılıb. Layihə çərçivəsində 4 kilometr dəmir yolu tikiləcək, 10 kilometr yol isə təmir olunacaq. Bu işləri görməyi Azərbaycan tərəfi üzərinə götürüb. İran ərazisində dəmir yolu xətti Təzəkəndə qədər çəkiləcək."
Qeyd edək ki, Parsabad dəmir yolu terminalının tikintisi üçün iki ölkə arasında müştərək saziş imzalanıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
6 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















