Əmanətlərin Sığortalanması Fondunda böyük zərər!
Əmanətlərin Sığortalanması Fondu 2020-ci ili 602 milyon 81 min manat xalis zərər ilə başa vurub. Halbuki, Fond 2019-cu ili 59 milyon 630 min manat xalis mənfəət ilə bağlamışdı.
Marja Fondun audit hesabatına istinadən xəbər verir ki, zərər lisenziyası ləğv edilmiş banklardakı əmanətlər üzrə ödənilmiş 681 milyon 158 min manatlıq kompensasiya xərclərindən qaynaqlanır.
Ötən ilin zərəri ilə Fondun yığılmış zərəri 878 milyon 211 min manata çatıb. 2019-cu ilin sonunda yığılmış zərər 274 milyon 206 min manat idi. Fondun 949 milyon 893 min manatlıq əlavə kapital qoyuluşu yığılmış zərər qədər azalıb və 71 milyon 683 min manat kapital qalıb.
2020-ci ildə 2019-cu illə müqayisədə Fondun sığorta premiyaları təxminən 7% azalaraq 33 milyon 288 min manata düşüb. Fond 2019-cu ildə 35 milyon 748 min manat sığorta premiyaları toplamışdı.
FOND 2 DƏFƏ KİÇİLİB
Ötən il Əmanətlərin Sığortalanması Fondunun cəmi aktivləri 2 dəfədən çox azalaraq 499 milyon 460 min manata düşüb. Fond 2019-cu ilin sonunda 1 milyard 22 milyon 497 min manat cəmi aktivlərə malik idi. Səbəb dövlət vekselləri və nağd vəsaitlər üzrə azalmalardır.
2020-ci ildə 2019-cu illə müqayisədə Əmanətlərin Sığortalanması Fondunun kompensasiya ödənişləri üzrə öhdəlikləri 6,7 dəfə artaraq 147 milyon 771 min manata yüksəlib. Kompensasiya öhdəlikləri üzrə öhdəliklər ləğvetmə prosesində olan banklara ödəniləcək vəsaitləri əks etdirir. Fondun 280 milyon manatlıq borc öhdəlikləri yaranıb, bu borc Mərkəzi Bankdan cəlb edilmiş kredit ilə əlaqədardır.
Qeyd edək ki, 2020-ci ildə Mərkəzi Bank tərəfindən 2020-ci ildə lisenziyası ləğv edilmiş banklara kompensasiyaların ödənilməsi məqsədilə Fonda dövlət zəmanəti əsasında 480 milyon manat kredit ayrılıb. Kredit üzrə faiz dərəcəsi 0,15% təşkil edir və kreditin verildiyi tarixdən etibarən 3 illik güzəşt müddəti tətbiq olunmaqla, 2027-ci ilə qədər ödəniləcəkdir. 31 Dekabr 2020-ci il tarixində Fondun Mərkəzi Bank qarşısında 280 milyon manat öhdəliyi olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 5 gün sonra
- 24 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
1 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
-
2 saat əvvəl
Azərbaycanda bəzi bankların kart əməliyyatlarında texniki problem yaşanır
-
3 saat əvvəl
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AccessBank-da kart əməliyyatları bərpa olundu
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
Ən çox oxunanlar
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
“Ferrum Kapital”ın kredit portfeli 26 faizə yaxın azalıb
Neftin qiyməti ABŞ-İran müharibəsindən bir gün əvvəlki səviyyədən də aşağı həddə enib
SİMA İmza ilə Birbank Biznes-də onlayn rahatlıq!
Nazir pambıqçılığın inkişafına mane olan problemləri açıqlayıb
"Əsas məsələ yalnız böyümə deyil. Ən böyük məqsədimiz sığortanın insanların həyatında daha çox yer tutmasıdır"























