A-Qroup Sığorta Şirkəti icbari sığortaları da satacaq
“A-Qroup Sığorta Şirkəti” ASC İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilmişdir.
“İcbari Sığortalar Haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə müvafiq olaraq “A-Qroup Sığorta Şirkəti” ASCİcbari Sığorta Bürosu Hüquqi Şəxslərin İttifaqının iştirakçılarının reyestrinədaxil edilmişdir.
Bu barədə Marja-ya Bürodan bildirilib.
Məlumat üçün bildirək ki, Daşınmaz əmlakın icbari sığortası, Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, Sərnişinlərin icbari fərdi qəza sığortası, İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə satış həyata keçirmək üçün sığorta şirkəti İcbari Sığorta Bürosunun iştirakçı sığortaçıların reyestrinə daxil edilməlidir.
İştirakçı sığortaçılarla İcbari Sığorta Bürosu arasındakı qarşılıqlı münasibətlər, o cümlədən sığortaçının Büronun fəaliyyətindəki iştirakı, onun qarşısındakı hesabatlılığı, məlumatların təqdim edilməsi və digər məsələlər müvafiq qanunvericilik və Büronun nizamnaməsinə uyğun olaraq aparılır.
İcbari Sığorta Bürosunun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödəməli olduğu təminat depozitinin məbləği müvafiq icbari sığorta növləri üzrə aşağıdakı kimi müəyyən edilib
- Daşınmaz əmlakın icbari sığortası üzrə – 100 min manat;
- Daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 100 min manat;
- Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə – 200 min manat;
- Sərnişinlərin icbari sığortası üzrə – 200 min manat;
- İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə – 100 min manat.
Həmçinin, “A-Qroup Sığorta Şirkəti” ASC 29 iyul 2021-ci il tarixində Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların reyestrinə daxil edilib. Qeyd edək ki, “A-Qroup Sığorta Şirkəti” ASC-nin reyestrə daxil edilməsindən sonra ölkədə fəaliyyət göstərən qeyri-həyat sığorta şirkətlərinin tamamı bu növ üzrə fəaliyyət göstərmək hüququna malikdirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
7 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi







.jpg)







.jpg)




