Azərbaycanda bir ilk - “Buva” uşaq suları istehsal olunacaq
“Badamlı” sularının istehsalçısı “Badamlı Mineral Sular” MMC yeni çeşiddə məhsullar istehsal ediləcək.
Marja xəbər verir ki, bunu şirkətin baş mühasibi Ramil Əliyev bildirib.
O qeyd edib ki, zavod Azərbaycanda bir ilk olan “Buva” uşaq sularının, o cümlədən premium şüşələrdə qazlı, qazsız (330 ml, 750 ml) olmaqla, iki çeşiddə suların istehsalı nəzərdə tutulur.
Hazırda “Badamlı” mineral süfrə suyu Rusiya, Çin, BƏƏ, İraq, Qazaxıstan kimi bir çox ölkələrə ixrac edilir.
"Badamlı" qazlı-qazsız olmaqla, 9 müxtəlif həcmdə – 300 ml və 600 ml şüşə butulkalarda, 300 ml, 500 ml, 1000 ml və 1500 ml PET butulkalarda, 5 l, 10 l və 19 l damacan qablaşmalarda istehsal olunur. Qazlı sularda ümumi minerallıq 400-500 mq/litr təşkil edir. 2020-ci ildən etibarən isə Badamlı qəsəbəsində zavodun yeni binası tikilərək istifadəyə verilib. 70 işçi heyətinin çalışdığı günlük istehsal potensialı 500.000 şərti butulka təşkil edir.
Sular Avropada və dünyada qəbul edilən ən yüksək texnologiyaların tətbiqi əsasında, qapalı şəraitdə insan təması olmadan qablaşdırılır. Müəssisədə həyata keçirilən doldurma prosesi Fransanın “Sidel” firmasının istehsalı olan avadanlıqlar vasitəsilə həyata keçirilir. Bununla yanaşı, müəssisədə Almaniya və ABŞ istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Laboratoriyada suyun keyfiyyətinə mütəmadi nəzarət olunur, fiziki-kimyəvi, mikrobioloji və orqanoleptik analizlər aparılır.
“Badamlı” özündə insan sağlamlığı üçün faydalı olan bir çox elementləri birləşdirir. Suyun tərkibində yod, brom, mis, borat turşusu vardır. “Badamlı” iştahanı artıran, həzm prosesini yaxşılaşdıran, susuzluğu yatıran gözəl süfrə suyu kimi məşhurdur. Bu su mədə-bağırsaq, qaraciyər və öd kisəsi xəstəliklərinə qarşı müalicədə xeyirlidir. Bu elə bir dəyərdir ki, istifadə edildiyi təqdirdə insanın günlük mineral ehtiyacının əhəmiyyətli bir hissəsini qarşılayır. Bununla yanaşı, uzunmüddətli istifadə zamanı orqanizmdə mineral artıqlığı yaratmır. Onun tərkibi Rusiyanın Kislovodsk şəhərindəki “Narzan” mineral suyu ilə eynidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
11 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















