Kənd məktəbinin biologiya müəllimi Azərbaycanda ilkə imza atdı - BROKOLİ YETİŞDİRİB

“Bu günə qədər Azərbaycanda brokoli yetişdirilməmişdir. Onu ilk dəfə yetişdirmək təşəbbüsünü öz üzərimizə götürdük və uğurlu nəticəyə nail olduq”.
Bunu Marja-ya Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi Cəlilabad rayon Uzuntəpə kənd R.Hüseynov adına 2 saylı tam orta məktəbin biologiya müəllimi Xəyalə Ramazanova bildirib.
O qeyd ki, brokoli kələm çiçək kimilər fəsiləsinə aiddir. Brokolinin vətəni İtaliyadır. İtalyanca “Brassıca Oleracea“ - növünün İtaliya növ qrupuna aiddir. Bəziləri Brokolini səhvən rəngli kələmlərlə qarışıq salırlar. Amma Brokolinin fərqi onun rəngindədir ki. O yalnız tünd yaşıl rəngdə olur. Hal-hazırda İtaliya, İspaniya, İngiltərə, İsrail, Rusiya, Türkiyə və Amerikanın müxtəlif əyalətlərində brokoli yetişdirilir.
Əvvəlcə qeyd edək ki, brokoli tərkibinin zənginliyinə görə çox əhəmiyyətli və faydalı bitkidir.Tərkibində insan orqanizmi üçün lazım olan faydalı elementlər-K-kalium, P-fosfor,Ca-kalsium, Mg-magnezium, Zn-sink, Fe-dəmir, Mn-manqan,S-kükürd vardır. Bunlarla yanaşı tərkibində - C,B-1,B-2,B-5,B-6,PP,E,K vitaminləri, A provitamini, habelə Silikon, Bor, Kaliy, marqans, Yod vardır. Eyni zamanda zəngin qida lifləri və omega-3 yağ turşularına malikdir. Brokoli mədə - bağırsaq sistemini qüvvətləndirir, qəbizliyi aradan qaldırır, mədə şirəsinə müsbət təsir edərək həzmi yaxşılaşdırır. Brokolidəki zəngin B9 vitamini qadınlar üçün xüsusi əhəmiyyət kəsb edir, saç, dəri və dırnaqlara təravət və gözəllik gətirir və hamiləlik dövrü üçün isə embrionun sağlam böyüməsinə təsir edir. Brokolidəki Kaliy vitamini kişilər üçün çox əhəmiyyətli olub fiziki güc yaradır, prostat xərçənginin qarşısını alır, immuniteti qüvvətləndirir və kökəlmənin qarşısını alır. Şəkərli diabet, qastrit, podaqra, mədə bağırsaq xəstəliklri üçün Brokoli ən yaxşı təbii dərman, təbii məhsil hesab edilir. Brokoli bitkisinin belə zəngin tərkibə malik olub,insan orqanizmini daha çox minerallar və vitaminlərlə təmin edəcəyini düşünərək onu yetişdirməyi qərara aldım və uğurlu nəticə əldə etdim.
Hal-hazırda bütün dünya pamdemiya şəraitində yaşayır. Orqanizm üçün həyati əhəmiyyət kəsb edən ən həssas orqanımız olan ağciyərlər böyük təhlükə ilə qarşı-qarşıyadır.Ağciyərlərimizi qoruya biləcək bir bitki deyəndə ilk öncə ağlımıza brokoli gəlməlidir.Çünki brokoli tərkib etibarilə daha zəngin və quruluş etibarilə isə ağciyərləri xatırladan yeganə bitki növüdür. Deməli sağlam ağciyərlərə malik olmaq istəyiriksə daimi brokoli istifadə etməliyik.
Brokoli çox həssas bitkidir. Toxumun cücərməsindən baş bağlamasına qədər diqqət və qayğı tələb edir. Brokolinin yetişdiriciliyində hava temperaturu mütləq şəkildə nəzərə alınmalıdır. Əgər açıq şəkildə yetişdirəcyimiz brokolinin baş bağlama vaxtı havanın temperaturu normadan yüksək olarsa, o zaman baş bağlamayacaq.Bu səbəbdən açıq şəkildə brokoli yerişdirərkən havanın temperaturuna mütləq şəkildə diqqət edilməlidir.
Hava şəraiti ilə yanaşı brokolinin yetdirilməsində faydalı elementlərin miqdarı torpaqda normal səviyyədə olmalıdır.Bu kimi qaydaları normal səviyyədə təşkil etdikdən sonra brokolini organik şəkildə yetişdirə bilərik.
Xəyalə Ramazanova bildirdi ki, brokoli haqqında araşdırma və təcürbələr apardıqdan sonra, organik gübrə hazırlamağı qərara alıb: “Təcrübə üçün 60 toxum götürdüm. Həmin toxumları hər hissədə 20 toxum olmaqla 3 müxtəlif vaxtda gübrə qarışımına əkilməsini təmin etdim. İlk 20 toxumu mart ayının 14-də əkinini gerçəkləşdirdim. Bunu təbiiki kiçik bir istixanada həyata keçirdim.İstixananın temperaturu 8-10 dərəcə aralığında olurdu.
Plastik qablara doldurulmuş gübrə qarışımının 1 sm dərinliyinə toxumları yerləşdirdim.İki gündən bir toxumların su ilə təminatını həyata keçirirdim. Artıq 1 həftə sonra toxumlar cücərib çıxmağa başladı.Fidanların normal inkişafını təmin etmək üçün daimi təmiz havalandırma aparırdım. Artıq aprel ayının 10-na kimi fidanlar 4 yarpaqlı olmuşdular. Aprel ayının 19-dan etibarən ilk inkişaf edib böyümüş fidanları açıq sahəyə köçürdüm. Bu ayda temperaturu və nəmliyi nəzərə alaraq sulama prosesini 3 gündən bir aparırdım.Çünki həddindən artıq su bitkinin kök sisteminin cürüməsinə səbəb olur.
Bitkiyə düzgün qulluq və diqqət nəticəsində bitki normal inkişaf səviyyəsində böyüyürdü.Artıq may ayının 2-si tarixində bitkidə 6 yarpaqlıq müşahidə olundu. Bu da onun göstəricisi hesab olunur ki, bitkiyə düzgün qulluq onun normal inkişaf etməsinə səbəb olur.
May ayının ikinci yarısından etibarən sulama prosesini gündəlik həyata keçirməyə başladım.Eyni zamanda 4-5 gündən bir hazırladığım təbii qarışımı sulama zamanı əlavə edirdim ki, bitkiyə daxildən ziyan vuracaq hər hansısa mikroorqanizmlər məhv olsun və bitkinin inkişafını əngəlləməsin. Bununla yanaşı mütəmadi olaraq alaq otlarını təmizləyirdim ki, bitkiyə lazım olan qida elementləri həmin otlar tərəfindən mənimsənilməsin.
İyun ayının 4-də ilk baş bağlamış brokolini müşahidə etdim. Elə bu zaman onun üzərində həşarat tırtıllarına rast gəldim və təbii üsulla həmin həşaratları aradan götürdüm. Brokolinin istifadə edəcəyimiz məhsulunun organik şəkildə yetişməsi üçün təbii ki, bir çox prosesləri aparmağı qarşıma məqsəd qoymuşdum. Fotosintez prosesini sürətləndirmək və keyfiyyətli brokoli məhsulu əldə etmək üçün bir çox üsüllardan istifadə edirdim.Bunları ardıcıl şəkildə tətbiq etdim və baş bağladığı müddətdən 14 gün ərzində tam böyümüş istifadə oluna biləcək brokoli bitkisini əldə etdim.İlk məhsuluda iyun ayının 18-i dərdim və dadına baxdım. Doğru-düzgün qulluq nəticəsində yetişmiş brokoli həm görünüş, həm də dad baxımından möhtəşəm idi.
Adətən, brokolinin yetişməsi 3-4 aya başa gəlir. Mən yetişdirdiyim brokoli 3 ay 3 gündə tam yetişmiş formada hazır idi. Bitkiyə düzgün qulluq nəticəsində onun vegatativ orqanları da çox yaxşı inkişaf etmişdi. Elə buna görə fotosintez sahəsi geniş şəkildə öz işini normal həyata keçiməyi bacardı və yüksək keyfiyyətli məhsul əldə olundu. Beləliklə, Respublikamızda ilk dəfə olaraq yetişdiridiyimiz Brokoli məhsulunu dərdik”.
Xəyalə Ramazanova əlavə etdi:
“Brokolinin əsas başını dərərkən onun ətrafında əlavə baş əmələ gətirəcək hissələr əmələ gəldiyini müşahidə etdim.Nəticədə ona yenidən qulluq edərək əlavə olaraq başların da inkişaf etməsini təmin etdim. Əlavə başlarda inkişaf etmək xüsusiyyəti normal qaydada inkişaf baş verdi.
Brokolinin əlavə kələm növlərindən bir üstünlüyü də bir bitkidən əlavə məhsulların əldə olunmasadır. Brokolinin hə orqanizm üçün əvəzolunmaz nadir bir bitki, həm də iqtisadi baxımdan səmərəli bitki kimi özəl xüsusiyyətləri,onu digər bitkilərdən öndə saxlayır.Elə buna görə də bu bitkinin ölkəmizdə geniş plantasiyalarını təşkil edilməsi xeyli faydalı və təsərrüfatımız üçün çox əhəmiyyətli olar”.
Müştərilərin xəbərləri

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 6 gün sonra
- 4 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?
-
6 saat əvvəl
Bankalar Bitcoin üçün il sonu qiymət proqnozlarını artırıblar
-
6 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib
- 6 saat əvvəl
-
7 saat əvvəl
“Azər-Türk Bank” səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Azercell Amazon ilə tərəfdaşlıq qurur

AFB Bank 13% gəlirlilik təklif edən istiqrazlar təqdim edir

Maliyyə sabitliyinin sirləri: Niyə insanlar pula qənaət edə bilmir?

Azərbaycan Kredit Bürosunun Baş Direktoru Assosiasiya sədri seçilib

"Prime Cotton" beynəlxalq uğurlarını artırır - İpliklərinin tam təhlükəsiz olduğu nüfuzlu sertifikat ilə təsdiqləndi
Ən çox oxunanlar

Bu gün "Ucuz Tesla” modeli təqdim olunacaq

Toyota yüz minlərlə avtomobili geri çağırır: Kamerasında texniki nasazlıq aşkarlanıb

BOKT “Caspian İnvest” 11-ci filialını Qazaxda açdı

Əliyev Putinə zəng edib

Bankın Nəzarət şöbəsinə mütəxəssislər tələb olunur
