“Bank of Baku” maliyyə vəziyyətini açıqladı – XALİS MƏNFƏƏTİNDƏ BÖYÜK ARTIM
“Bank of Baku” ASC 2021-ci ilin 1-ci yarısını (yanvar-iyun dövrünü) 9 milyon 372 min manat xalis mənfəət ilə başa vurub. Ötən ilin eyni dövrü ilə müqayisədə Bankın xalis mənfəəti 3 milyon 967 min manat və ya 73,4% artıb. Belə ki, “Bank of Baku” 2020-ci ilin birinci yarısını 5 milyon 405 min manat xalis mənfəət ilə bağlamışdı.
FAİZ GƏLİRLƏRİ ARTIB
Marja Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, 2020-ci ilin birinci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Bank of Baku”nun faiz gəlirləri 3 milyon 414 min manat və ya 12,8% artaraq 30 milyon 152 min manat, qeyri-faiz gəlirləri isə cüzi – 262 min manat və ya 4,8% azalaraq 5 milyon 227 min manat təşkil edib.
2020-ci ilin birinci yarısı ilə müqayisədə 2021-ci ilin 1-ci yarısında “Bank of Baku”nun faiz xərcləri 271 min manat azalaraq 6 milyon 25 min manata düşüb, qeyri-faiz xərcləri isə 1 milyon 407 min manat artaraq 19 milyon 928 min manata yüksəlib. “Bank of Baku”nun qeyri-faiz xərclərinin yüksəlməsinin əsas səbəbi əmək haqqı xərclərinin artmasıdır.
ƏMƏLİYYAT MƏNFƏƏTİ ARTIB
2020-ci ilin birinci yarısında “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri 35 milyon 379 min manat, cəmi əməliyyat xərcləri 25 milyon 953 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 9 milyon 426 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlardan azad olmuş 3 milyon 187 min manatın hesabına mənfəət 12 milyon 613 min manata yüksəlib. “Bank of Baku” 3 milyon 241 min manat mənfəət vergisi ödədiyindən 2021-ci ilin 1-ci yarısını 9 milyon 372 min manat xalis mənfəət ilə başa vurub.
Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin birinci yarısında “Bank of Baku”nun cəmi əməliyyat gəlirləri 32 milyon 228 min manat, cəmi əməliyyat xərcləri 24 milyon 816 min manat, gəlirlər xərcləri üstələdiyindən əməliyyat mənfəəti 7 milyon 412 min manat təşkil etmişdi. Bank 103 min manat mümkün zərərlər üçün yaradılmış məqsədli ehtiyatlara ayırma etdiyindən və 1 milyon 903 min manat mənfəət vergisi ödədiyindən həmin dövrü 5 milyon 405 min manat xalis mənfəət ilə bağlamışdı.
BANK BÖYÜYÜB
2021-ci ilin ilk 6 ayında “Bank of Baku”nun cəmi aktivləri 57 milyon 24 min manat artaraq 30 İyun 2021-ci il tarixində 466 milyon 586 min manata çatıb. “Bank of Baku” 2020-ci ilin sonunda 409 milyon 563 min manat cəmi aktivlərə malik idi.
MÜŞTƏRİLƏRƏ VERİLMİŞ KREDİTLƏR ARTIB
2021-ci ilin ilk 6 ayında “Bank of Baku” tərəfindən müştərilərə verilmiş kreditlər 51 milyon 988 min manat artaraq 389 milyon 934 min manata çatıb. Ötən ilin sonunda Bankın müştərilərə verdiyi cəmi kreditlər 337 milyon 946 min manat təşkil etmişdi.
ƏHALİNİN BANKDAKI ƏMANƏTLƏRİ ARTIB
2021-ci ilin yanvar - iyun dövründə “Bank of Baku”da depozitlər 26 miylon 685 min manat artaraq 220 milyon 170 min manata, o cümlədən fiziki şəxslərin (əhalinin) depozitləri 22 milyon 560 min manat artaraq 194 milyon 91 min manata, hüquqi şəxslərin depozitləri 4 milyon 125 min manat artaraq 26 milyon 79 min manata çatıb.
TƏLƏB VƏ NORMALARA TAM CAVAB VERİR
30 İyun 2021-ci il tarixində “Bank of Baku” 95 milyon 4 min manat məcmu kapitala malik olub (minimum 50 milyon manat olmalıdır). Bank normalara artıqlaması ilə cavab verir. Belə ki, “Bank of Baku”da 1-ci dərəcəli kapitalın adekvatlıq əmsalı 16,39% (norma minimum 5%), məcmu kapitalın adekvatlıq əmsalı 22,62% (minimal 10% olmalıdır), Leverec əmsalı 14,48% (minimal 4% olmalıdır) təşkil edib.
Qeyd edək ki, "Bank of Baku" ASC-nin nizamnamə kapitalının 35%-i “NAB Holding”ə, 31,11%-i Hikmət İsmayılova, 28.89%-i “Azpetrol Neft Şirkəti” MMC-yə və 5%-i Elçin İsayevə məxsusdur.
Müştərilərin xəbərləri
“PAŞA Bank” səhmlərinin İlkin Kütləvi Təklif prosesi üzrə hazırlıq mərhələsinə dair mətbuat konfransı keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
4 d. əvvəl
Bankların cəmi kredit portfelinin məbləği 30 milyard manatı keçib - LAKİN ARTIM TEMPİ ZƏİFLƏYİB
- 32 d. əvvəl
-
36 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 39 d. əvvəl
-
39 d. əvvəl
Qazaxıstan “Lukoyl”un aktivlərini almaq üçün ABŞ-a rəsmi müraciət göndərib
- 47 d. əvvəl
-
58 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
1 saat əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Sabah Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Ən çox oxunanlar
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq

















