Google 50 dollardan ucuz Androidli smartfon buraxır
Məqsəd yerli şirkətlə birgə 450 milyon nəfər müştəri qazanmaqdır....ABŞ-ın texnologiya nəhəngi Google Hindistanın yerli startapı Jio birlikdə yeni layihəyə start verir.
Marja xəbər verir ki, yeni layihə hələ də 2G və daha məhdud texnoloji imkanlı telefonlardan istifadə edən 450 milyona yaxın Hindistanlını təkmilləşmiş smartfonla təchiz etmək məqsədi daşıyır.
Jio-nun daha öncə buraxdığı JioPhone-un yenilənmiş versiyası olan JioPhone Next modeli Android əməliyyat sistemi əsasında, Google və Jio-nun tətbiqi proqramları ilə işləyəcək, eləcə də yazıb-oxumaq qabiliyyəti zəif şəxslər üçün Hindistanda istifadə olunan bir neçə yerli dildə səs yardımçısı funksiyasına malik olacaq. Yeni modelin bazara 50 dollardan daha ucuz qiymətə təklif olunacağı gözlənilir.
Hazırda Hindistan smartfon bazarında əsas yerləri Xiaomi (21%), Samsung (19%), digər Çin modelləri (36%) və başqaları (24%) tutur. Ucuz smartfonların qiyməti 53-80 dollar arasında dəyişir. Hələ 2016-cı ildə JioPhone modelini 426 milyon şəxsə satan startap Google-un köməkliyi ilə JioPhone Next-i ən sərfəli və ən çox istifadə olunan smartfona çevirməyi hədəfləyir.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
-
19 d. əvvəl
İşdən qanunsuz çıxarılmış 53 nəfər isə əvvəlki işlərinə bərpa etdirilib
-
- 29 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
- 1 saat əvvəl
-
2 saat əvvəl
AccessBank müştəri layihəsi üzrə ilk müstəqil enerji auditini tamamlayıb
-
3 saat əvvəl
Tramp İranın ali lideri ilə “razılaşma əldə etmək üçün” görüşə biləcəyini deyib
-
3 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAYONİX BOKT” 2025-ci ildə böyüyüb, gəlirləri artıb - MALİYYƏ VƏZİYYƏTİ
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı
Ən çox oxunanlar
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Rəsmi məzənnələr açıqlandı
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 9 GÜN
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)




