Bu İtaliya şəhərində evlər pizza dilimindən də ucuz satılır - CƏMİ 2 AVROYA
2019-cu ildən bəri 16 belə ev satılıb...Siciliyanın mərkəzində yerləşən italyan şəhəri Sambuka bir müddətdir ki, əksər qlobal media mənbələrinin diqqətini cəlb edib. Səbəb burdakı evlərin 2 avrodan satışa çıxarılmasıdır.
Marja xəbər verir ki, İtaliya hökuməti bununla az qala “ölü şəhər”ə çevrilmiş bu regiona əhali və turistlər cəlb etmək və onu yenidən canlandırmaq niyyətindədir. Bu baxımdan Sambukadan başqa Kampaniya əyalətindəki Zunqoli və Siciliyadakı digər şəhər - Mussomeli də eyni vəziyyətdədir.
1968-ci ildə Siciliyadakı Beliçe vadisində baş verən faciəvi zəlzələ bölgəyə çox ciddi ziyan vurub. Bundan sonra insanlar bir sıra kiçik şəhərləri tərk edərək, başqa yerlərə köçüblər. Bir çox evlər dağılsa da, hələ 1920-ci illərdə tikilmiş və yaxşı vəziyyətdə olan evlər də çoxdur. Hökumətin hələ 2019-cu ildə start verdiyi proqramda evlərin ilk partiyası 1 avrodan auksiona çıxarılıb. Həmin vaxt 16 ev 1 avrodan 10 min avroya, bəziləri isə 5 avrodan 25 min avroya qədər qiymətə satılıb.
İyulun 15-də elan edilən yeni raundda 50-80, bəziləri 120 kv. metrə qədər evlər 2 avrodan başlayaraq, təklif olunacaq. Hərracda iştirak etmək üçün son qeydiyyat tarixi noyabrın 5-idir. Daha sonra keçiriləcək açıq auksionda 5 min avro həcmində girov qoymaq tələb olunur. Həmin məbləğ auksionda uduzanlara geri qaytarılır, qalib gələnlər üçün isə evlərin qiymətini ödəmək üçün depozit rolunu oynayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 19 saat sonra
- 5 d. əvvəl
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İKTA yeni şikayət indeksi və şikayətlərin orta cavablandırılma müddəti hesabatını dərc edib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
14 bank xalis mənfəət açıqladı - SİYAHI
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb
"AFB Bank" ilk rübü xalis mənfəət ilə başa vururb
"Yelo Bank"ın xalis mənfəəti 40 faiz azalıb
Ən çox oxunanlar
İqtisadi Şuranın növbəti iclası keçirilib
"Bank of Baku"nun xalis mənfəəti 16 faiz artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda istehsal olunan zəli məhsulları Avropa, Körfəz və Asiya ölkələrinə ixrac olunacaq
Bakıda özəl klinikanın fəaliyyəti dayandırılır
Unibank-ın xalis mənfəəti 3 dəfəyə yaxın artıb
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
















.jpg)



