Fransa şirkətinin dərman preparatı Azərbaycanda qablaşdırılacaq
Pirallahı Sənaye Parkının rezidenti “R-Pharm” MMC ilə Fransanın beynəlxalq müstəqil əczaçılıq qrupu olan “Servier” şirkəti arasında Azərbaycanda dərman preparatlarının istehsalına dair tərəfdaşlıq sazişi imzalanıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, sazişə əsasən tərəflər “R-Pharm” MMC-nin istehsal müəssisəsində şəkərli diabetin fəsadlarının profilaktikası üçün “Diabeton®” (qliklazid) preparatının Azərbaycanda qablaşdırılmasını və satışını həyata keçirəcəklər. Beş illik müqavilənin şərtlərinə əsasən, müəssisədə ildə qeyd edilən dərman preparatının təxminən 1 milyon qutu həcmində istehsalı həyata keçiriləcək.
Qeyd edək ki, dərman vasitələrinin istehsalı üzrə ixtisaslaşmış Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC 2018-ci ilin sentyabr ayından Pirallahı Sənaye Parkının rezidentidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















