Azərbaycan şirkəti Türkiyənin ixrac yüklərinin Avropaya nəqlində iştirak edir
“ADY Konteyner” MMC artıq Türkiyə ilə Avropa İttifaqı arasında ticarət dövriyyəsinə öz töhvəsini verməyə başlayıb.
MMC-dən Marja-ya daxil olmuş məlumata görə, “ADY Konteyner” MMC Türkiyənin nəqliyyat-logistika şirkəti olan “Pasifik Eurasia Logistics” ilə birgə yüklərin Türkiyədən Avropaya nəql edilməsi üzrə layihəyə başlayıb.
Birgə layihə çərçivəsində Türkiyə istehsalı olan məhsulların Avropaya və əks istiqamətdə çatdırılması nəzərdə tutulur. Layihənin sonrakı mərhələlərində isə yüklərin Türkiyə vasitəsilə Azərbaycan-Avropa ölkələri arasında daşınması planlaşdırılır.
Layihənin ilkin mərhələsi çərçivəsində Türkiyə istehsalı olan izolyasiya materialları ilə yüklənmiş konteynerlər artıq “Pasifik Eurasia Logistics” şirkəti tərəfindən İstanbuldan Macarıstanın paytaxtı Budapeşt şəhərinə yola salınıb. Həmin konteynerlər Macarıstanda yenidən yüklənərək Türkiyə üçün nəzərdə tutulmuş idxal yüklərini əks istiqamətdə nəql edəcək.
Ölkəmizin tranzit imkanlarının və transkontinental nəqliyyat bağlantılarının gücləndirilməsi ilə yanaşı “ADY Konteyner” MMC Azərbaycan ərazisindən keçməyən marşrutlarda iştirak etməklə regionda müxtəlif logistik məhsullar təqdim etməyə çalışır. Bu addım nəqliyyat-logistika şirkəti olan “ADY Konteyner” MMC -nin daha çox logistika seqmentinin gücləndirilməsinə xidmət edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























