Tezliklə Jeep, Peugeot, Opel, Ram və başqa brendlər elektromobil bazarını “partladacaq”
Növbəti 4 ilə 30 milyard avro investisiya...2021-ci ildə Peugeot Group və Fiat Chrysler-in birləşməsindən yaranan, hazırda Jeep, Opel, Peugeot, Fiat, Dodge, Maserati, Alfa Romeo, Chrysler, Citroen, Lancia kimi 14 məşhur brendlə qlobal istehsalda dünya altıncısı olan Stellantis dünən yeni istehsal planlarını açıqlayıb.
Marja xəbər verir ki, şirkət tam enerji yığdıqdan sonra 500 milə (804 km-ə) qədər gedə bilən elektrikli avtomobillər buraxacaq.
Bu məqsədlə Stellantis növbəti 4 ildə 30 milyard avro (36 milyard dollar) investisiya yatırmağı və 5 yeni batereya zavodu tikməyi planlaşdırır. 2026-cı ilə qədər mənfəət marjasının ikirəqəmli göstəriciyə çatdırılması da əsas hədəfdir.
Jeep 2025-ci ildən, Ram pikapları 2024-cü ildən, Opel və Vauxhall isə 2028-ci ildən elektrikli modellərlə bazar çıxacaq. Şirkət 2030-cu ilə qədər Avropadakı satışların 70%-nin, ABŞ bazarında isə 40%-in aşağı emissiyalı avtomobillər olacağını proqnozlaşdırır.
XXX
Fiat Chrysler və PSA qrupunun birləşməsiə yaranmış Stellantis şirkəti, elektrikli avtomobil (elektromobil) proqramı və inkişaf etdirməsi üçün 30 milyard avro (36 milyard dollar) xərcləməyi planlaşdırır.
Marja xəbər verir ki, şirkət 2030-cu ilə qədər Avropa və Şimal Amerikada 5 zavod tikməyi hədəfləyir.
Stellantis bu hədəflər ilə, elektrikli avtomobil və batareya istehsalı üçün milyardlarla dollarlıq sərmayə yatıran rəqibləri Volkswagen AG, General Motors və Ford Motorsdan geri qalmaq istəmir.
Stellantis 2030-cu ilə qədər Avropadakı satışlarının 70%-indən, ABŞ-dakı satışlarının 40%-indan çoxunu hibrid və tam elektrikli avtomobillərin təşkil etməsini hədəfləyir.
Şirkətin Avropada Almaniya və Fransanın ardından üçüncü batareya zavodunu İtaliyada quracağı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























