Azərbaycan şirkətindən logistika üçün yeni təşəbbüs - MƏRKƏZ YARADILDI
Azərbaycanda logistika və ticarət sahəsində faliyyət göstərən Abşeron Logistika Mərkəzinin təşəbbüsü ilə ölkədə logistikanın inkişafı üzrə təhlillər aparılması məqsədilə Araşdırmalar və İnkişaf Mərkəzi yaradılıb.
Mərkəzdən Marja-ya daxil olmuş məlumata görə, yaradılan mərkəzin əsas məqsədi logistika sektorunun inkişafı üçün yeni xidmətlərin yaradılması, bu sahədə mövcud problemlərin müəyyən olunması və onların həlli istiqamətində elmi araşdırmaların, analizlərin edilməsidir. Yerli və xarici şirkətlərlə əməkdaşlıq etməklə müəyyən logistik xidmətlərin ölkədə tətbiqi, ölkənin mövcud potensialı nəzərə alınaraq, bu sahədə mühüm hədəflərə nail olmaq da qarşıya məqsəd kimi qoyulmuşdur.
Yaradılan mərkəzin fəaliyyət istiqamətlərinə logistika sektorunun müxtəlif sahələri, xüsusən də dəmiryolu daşımaları, anbar logistikası, gömrük anbar rejimləri üzrə yeni xidmətlərin ölkədə tətbiqi, logistika sahəsində mövcud tendensiyaları müəyyənləşdirmək və riskləri proqnozlaşdırmaq, həmin risklərin ölkə iqtisadiyyatına mümkün təsirlərini araşdırmaq da daxildir.
Araşdırmalar və İnkişaf Mərkəzində logistik xidmətlərdən yararlanan sahibkarlara dəstək göstərilməsi məqsədilə bir sıra layihələr həyata keçiriləcək. Belə ki, sahibkarlarla mütəmadi görüşlər təşkil edilərək onların qarşılaşdığı problemlər və çətinliklər müəyyən olunacaq, onların həlli istiqamətində bir sıra tədbirlər planı hazırlanacaq.
Mərkəz logistika sahəsinin iqtisadi potensialının artırılması, qeyri-neft sektorunun inkişafı, əlverişli iqtisadi mühitin yaradılması məqsədi ilə beynəlxalq təcrübəni də təhlil edir. Həmçinin mərkəzin səlahiyyətlərinə aid olan məsələlər üzrə mütəmadi olaraq konfranslar və simpoziumların keçirilməsi, bununla yanaşı logistika sahəsinə olan marağın artırılması və bu sahədə ixtisaslı kadrların yetişdirilməsinə töhfə verilməsi məqsədilə maarifləndirmə işlərinin həyata keçirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















