Daimler Volkswagen və BMW-ni “satdı”, Avropa İttifaqı cərimələdi - 1 MİLYARD DOLLAR
Antiinhisar qaydalarını pozmaqda və təmiz texnologiyaları gizlətməkdə günahlandırılırlar...Avropa İttifaqı alman avtomobil nəhəngləri Volkswagen və BMW-ni 875 milyon avro (1 milyard dollardan artıq) cərimələyib.
Marja xəbər verir ki, Avropa Komissiyasının rəqabət üzrə vitse-prezidenti Marqret Vestaqerin açıqlamasında 5 avtomobil şirkətinin - Daimler, Volkswagen, BMW, Audi və Porschenin (sonuncu 2-si Volkswagen Group-un tərkibindədir) 2006-2014-cü illər ərzində qabaqcadan əlbir olaraq, avtomobillərdə atmosferə buraxılan qazları təmizləyən texnologiyaları gizlətdiyi və onların tətbiqini ləngitdiyi bildirilir.
Araşdırma adıçəkilən şirkətlərin Avropa İttifaqında icrası məcburi olan ekoloji göstərişləri yerinə yetirmədiklərini üzə çıxarıb. Onların içində təkcə Daimler 727 milyon avro cərimədən xilas ola bilib. Səbəb isə çox maraqlıdır: gizli qruplaşmanın mövcudluğunu Avropa rəsmilərinə elə Daimler özü xəbər verib...
Volkswagen 502 milyon avro, BMW isə 373 milyon avro cərimə ödəcəyək. Hər iki şirkət ittiham olunduqları məsələnin sadəcə ilkin müzakirə səviyyəsində qaldığını, heç vaxt gerçəkləşmədiyini qeyd edib və sentyabrın ortasına kimi məhkəməyə müraciət etmək barədə düşünəcəklərini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















