Porsche, Rimac ilə ortaq şirkət quracaq
Almaniyanın "Porsche AG" korporasiyası və Xorvatiyanın "Rimac Automobili" şirkəti arasında lüks idman avtomobilləri istehsalçısı "Bugatti"yə sahib olacaq birgə müəssisənin yaradılmasına dair müqavilə imzalanıb.
Bu barədə "Porsche" şirkətinin açıqlamasında deyilir.
Qeyd edək ki, son 20 il ərzində "Bugatti"yə sahib olan "Volkswagen AG" konserni elektrikli nəqliyyat vasitələrinin istehsalına daha çox diqqət yetirmək və 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin istehsalını dayandırmaq niyyətində olduğundan "Bugatti" brendini sözügedən birgə müəssisənin nəzarətinə keçirir.
"Antiinhisar orqanlarının şərtlərinə görə, "Bugatti-Rimac" birgə müəssisəsi bu ilin IV rübündə qeydiyyata alınacaq və qərargahı Zaqrebdə (Xorvatiya) yerləşəcək. "Rimac Automobili" şirkəti səhmlərin 55%-nə, Xorvatiya istehsalçısının 24% payına sahib olan "Porsche" isə 45%-nə nəzarət edəcək. Birgə müəssisənin rəhbəri "Rimac Automobili"nin təsisçisi və sahibi Mate Rimats (Mate Rimac) olacaq. Yeni şirkət əvvəlcə "Bugatti Chiron" modellərini və "Rimac Nevera" elektromobillərinin istehsalı ilə məşğul olacaq, həmçinin "Bugatti" elektromobilləri də daxil olmaqla yeni elektrikli nəqliyyat vasitələri modelləri üzərində işləyəcək", - açıqlamada qeyd olunub.
XXX
Porsche, Xorvatiyanın elektrikli idman avtomobil istehsalçısı Rimac ilə, "Bugatti"yə sahib olacaq ortaq şirkət quracaq.
Marja xəbər verir ki, Bugatti-Rimac olaraq adlandırılacaq yeni şirkətin ilin dördüncü rübündə bir "hypercar" (yüksək səviyyəli idman avtomobili və ya super avtomobil, lakin daha yaxşı performanslı və daha eksklüziv) istehsalçısı olaraq qurulması nəzərdə tutulur.
Yeni qurulacaq şirkətdə Rimac-ın payı 55% və Porsche-nin payı 45% olacaq.
Volkswagen şirkəti Porsche və Bugatti-nin sahibidir.
İstehsalı planlaşdırılan ilk avtomobillər Bugatti Chiron və Rimac Nevera elektrikli hiper avtomobilərdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
8 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 saat sonra
-
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 18 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























