"Hazırda şirkətimizin heç bir banka kredit borcu yoxdur"
“AzerGold” QSC-nin 2035-ci ilədək olan dövr üzrə inkişaf strategiyası hazırlanıb. Sözügedən strategiya dövrün dəyişən iqtisadi tələbləri nəzərə alınmaqla yenilənir. İcrası həyata keçirilən strategiya çərçivəsində əlvan metallar üzrə 2025-ci ildən dövlət büdcəsindən asılılığın tam olaraq aradan qaldırılması hədəflənir. Hazırki dövrdə isə şirkətimiz dövlət büdcəsindən asılılığın böyük miqyasda azaldılmasına nail olub”.
Marja xəbər verir ki, bu, “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin 5 illik fəaliyyətinə dair Şirkətin İdarə Heyətinin sədri Zakir İbrahimovun mətbuata yazılı açıqlamasında bildirilir.
Şirkətin sədri, “Yeri gəlmişkən, “AzerGold” QSC-nin layihələr portfelinin icrası məqsədilə tələb olunan vəsaitin korporativ maliyyə aləti hesabına təmin etmək kimi uğurlu təcrübəsi mövcuddur” qeyd edərək bildirib:
“Bildiyiniz kimi, ötən il tərəfimizdən 20 milyon dollar dəyərində istiqrazlar tədavülə buraxılıb. İstiqrazlar uğurla emissiya edilərək həm geniş xalq kütləsi üçün sərfəli investisiya imkanı yaradılıb, həm də layihələrin icrası alternativ maliyyə mənbəyi hesabına sürətləndirilib. Bununla da Cəmiyyətimiz istiqraz tədavülə buraxan ilk milli dağ-mədən şirkəti kimi tarixə düşüb. Söz düşmüşkən, bir neçə gün öncə “AzerGold” “Azərbaycanın ən yaxşı ilkin istiqraz yerləşdirilməsi” nominasiyası üzrə MBD ölkələri arasında təşkil edilən nüfuzlu “Cbonds Awards 2021” mükafatına da layiq görülüb”.
Zakir İbrahimovun sözlərinə görə, Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu qeyd edilməlidir: "Bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını qeyd etmək olar. Şirkətin bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən deyə bilərik ki, Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcək".
Həmçinin oxu
“AzerGold” 8 tona yaxın qızıl satıbMüştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 1 həftə sonra
- 5 gün sonra
-
- 6 d. əvvəl
-
7 d. əvvəl
Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
-
35 d. əvvəl
Azercell Silahlı Qüvvələr Günü münasibətilə “Əsgərcell” təklifini istifadəyə verir
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Banklarda əhalinin müddətli əmanətləri may ayında 235 milyon manatdan çox artıb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Avtomobillərin KASKO sığortasında haqlar 1,9%, ödənişlər 27,7 faiz artıb
- 2 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Azərbaycan yeni tranzit sistemə qoşulmağa hazırlaşır
Mayda bank sektorunda çalışanların sayı azalıb
Ən çox oxunanlar
İyunun 26-da gözlənilən hava şəraiti
“Toxumçuluq haqqında” qanun dəyişir - Reyestr yaradılacaq
Azərbaycan Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır - 8 sərnişin qatarı və 50 vaqon
Müştərilərin hesab balansları bərpa edildi - ABB-DƏN YENİ AÇIQLAMA

























