Nissan bu ölkədə 600 milyon dollarlıq nəhəng batareya fabriki tikir
Yapon sənaye nəhəngi yeni elektromobillər buraxacaq.Nissan elektrikli avtomobillər bazarında əsas payçılardan biri olmaq planlarını genişləndirir.
Marja xəbər verir ki, Yaponiyanın ikinci ən böyük avtomobil şirkəti Böyük Britaniyada, Sanderlenddə elektromobillər üçün yeni batareya fabriki (gigafactory - Tesla rəhbəri Erlon Maskın bazara gətirdiyi termin) inşa edəcək. Bu məqsədlə Nissan özünün batareya biznesi - Envision AESC vasitəsilə 450 milyon funt-sterlinq (621 milyon dollar) investisiya yatıracaq.
Əlavə olaraq, Sanderlenddə hazırda işləyən elektromobil zavodunun gücünü artırmaq və yeni modellər istehsal etmək üçün 423 milyon funt (584 milyon dollar) sərmayə qoyulacaq.
İlkin mərhələdə batareya fabrikinin gücü 9 Giqavatt/saat, istehsal həcmi ildə 100 min ədəd batareya olacaq. Nissan elektromobillərinə tələbat sürətlə artsa, 2030-cu ilə kimi istehsal gücünü artırmaq üçün əlavə 1,8 milyard funt (2,5 milyard dollar) investisiya da planlaşdırılır.
Layihə Böyük Britaniyada ilk iri həcmli batareya zavodudur və təxminən 1500-dən çox yeni iş yerinin açılmasına imkan yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























