Bakı Nəqliyyat Agentliyi ilk dəfə maliyyə hesabatını açıqladı – ZƏRƏRLƏ İŞLƏYİB
Bakı Nəqliyyat Agentliyi (BNA) 2018-ci ili 32 milyon 156 min manat zərərlə başa vurub. Bununla da, Agentliyin yığılmış zərəri 3,7 dəfə artaraq 44 milyon 182 min manata çatıb.
Barədə qurumun maliyyə hesabatından məlum olur.
Sənədə əsasən, həmin il BNA cəmi 68 min manat əməliyyat gəliri əldə edib. Agentliyin xərcləri isə 32 milyon 224 min manat, o cümlədən əmək haqqı və işçilərlə bağlı digər xərcləri 1 milyon 659 min manat, amortizasiya xərcləri 8 milyon 132 min manat, əməliyyat xərcləri 16 milyon 416 min manat, digər xərcləri isə 6 milyon 19 min manat təşkil edib.
2019-cu il yanvarın 1-nə BNA-nın aktivləri 139 milyon 699 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,5 dəfə çoxdur. Hesabat dövründə Agentliyin 83 min manatlıq öhdəlikləri formalaşıb, balans kapitalı isə 2,5 dəfə artaraq 139 milyon 616 min manata çatıb, o cümlədən 49 milyon 68 min manatlıq nizamnamə kapitalı formalaşıb, ona dövlət xətti ilə qoyulmuş investisiyalar isə təxminən 2 dəfə artaraq 134 milyon 730 min manat olub.
Xatırladaq ki, BNA “Paytaxtda nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” ölkə prezidentinin 21 dekabr 2015-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti yanında yaradılıb, “Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” dövlət başçısının 24 noyabr 2016-cı il tarixli fərmanı ilə publik hüquqi şəxsə çevrilib. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakıda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















