Aston Martin dilerləri məhkəməyə verir - 14 milyon dollar “atıblar”
Şirkət qiyməti 3,5 milyon dollar olan dünyanın ən güclü mühərrikli avtomobilini bu il buraxacaq.Böyük Britaniyanın lüks avtomobil istehsalçısı Aston Martin ən yeni modeli Valkyrie-nin İsveçrədəki dilerlərini məhkəmə verir.
Marja xəbər verir ki, səbəb Nebula Project şirkətinə məxsus dilerlərin bu il istifadəyə veriləcək model üçün topladığı vəsaiti Aston Martindən gizlətmələridir.
Lüks idman avtomobillərinin, eləcə də F1 yarış bolidlərinin istehsalçısı məhdud sayda - cəmi 150 ədəd 2 qapılı kupe və 30 ədəd yarış variantını buraxacağı Valkyrie üçün qiyməti təxminən 2,5 milyon funt (3,5 milyon dollar) müəyyənləşdirib. Avtomobilin bu ilin sonuna kimi müştərilərin ixtiyarına veriləcəyi planlaşdırılır.
6,5 litrlik, 685 kVatlıq mühərrikə malik yeni model ən güclü avtomobil hesab olunur. 97 km/saat sürəti cəmi 2,6 saniyəyə yığacaq modelin sifarişləri üçün ödənişlər öncədən qəbul olunurdu. Astom Martin dilerlərin 10 milyon funt (13.8 milyon dollar) vəsaiti müştərilərdən aldığı halda ona ötürmədiyini iddia edir.
Valkyrie-nin bazasında yığılacaq daha bir superavtomobil - Valhala bu ilin payızında premyerası olacaq Ceyms Bond blokbasterinin yeni seriyası - No Time to Die-da izləyicilərin görüşünə gələcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb























