“AzerGold” Naxçıvanda 2 yataqda geoloji kəşfiyyat işlərinə start verib
“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən “Göydağ” filiz sahəsində aktiv geoloji kəşfiyyat işlərinə başlayıb.
QSC-nin yaydığı məlumata görə, cari ilin iyun ayından etibarən Səhmdar Cəmiyyətin geoloqları tərəfindən sözügedən sahənin “Ortakənd-Xanağa” qızıl, “Ortakənd” mis-porfir yataqlarında buruqqazma işlərinə start verilib. Təsdiq olunmuş plana əsasən, ilkin mərhələdə “Ortakən-Xanağa” qızıl sahəsində ümumi dərinliyi 5000 metr olan 31 quyunun, “Ortakənd” mis-porfir sahəsində isə ümumi dərinliyi 3000 metr olan 13 quyunun qazılması nəzərdə tutulub. Paralel olaraq götürülmüş nümunələrin (kernlərin) laboratoriyada analizi həyata keçiriləcək.
Qeyd edək ki, Culfa rayonunun şimal-şərqində yerləşən “Ortakənd-Xanağa” sahəsi məxsusi qızıl, kompleks mis-porfir, epitermal sulfid filizlərinin aşkarlanması baxımından potensial perspektivləri ilə seçilir. Sahə daxilində “Ortakənd” mis-porfir, “Başkənd-Xanağa” səpinti qızıl yataqları, “Başkənd” mis, “Ortakənd-Xanağa” köklü qızıl təzahürləri və bir sıra polimetal minerallaşma nöqtələri qeydə alınıb.
Xatırladaq ki, “AzerGold” QSC tərəfindən 2017-ci ildə “Ortakənd-Xanağa” sahəsində geofiziki işlər aparılıb. Nəticələr yerli və xarici mütəxəssislərin birgə iştirakı ilə təhlil edilib. 2018-ci ildə 5800 metr həcmində 30 kəşfiyyat quyusu qazılıb. Quyulardan çıxan kernlər kəsilib və sınaqlaşdırılıb. Bugünədək, ümumilikdə 2879 sınaq götürülüb və analizi aparılıb. Axtarış işləri və laborator analizlərin nəticələrinə əsasən 2021-ci ildə kəşfiyyat işlərinin davam etdirilməsi qərarı verilib.
Geoloji kəşfiyyat işlərinin uğurlu yekununda ehtiyatların hesablanması, təsdiqi və yataqların istismarına hazırlıq işləri çərçivəsində beynəlxalq nüfuzlu məsləhət şirkətləri ilə birgə fəaliyyət planının hazırlanması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















