Antalya turizmi 12 il geriyə gedib
2016-cı il Antalya üçün tarixinin ən pis ili olaraq qeydə alınıb. Bu il həm dünyada, həm də Türkiyədə baş verən mənfi hadisələr, turist sayı baxımından sektoru 12 il geriyə aparıb.
"Marja" xəbər verir ki, mənfi hadisələr 2015-in son rübündə başlayıb, 2016-nın son günlərinə qədər davam edib və etməkdədir. Dünyadakı ümumi iqtisadi böhran, Rusiya təyyarəsinin vurulması, terror təşkilatlarının bombalı hücumları, 15 İyul dövlət çevrilişi cəhdi, dollar və avronun bahalaşması kimi çoxlu sayda mənfi hal baş verdi. "Qara il" kimi dəyərləndirən 2016-nın sonu, Dekabr ayında da kədərli hadisələrlə davam edib.
Türkiyənin Mədəniyyət və Turizm Rayon İdarəsinin məlumatlarına görə, son illər cüt ədədlə artımların görüldüyü sektorda, 2004-ci ildə 6.3 milyon, 2005-də 7.2 milyon, 2006-da 6.4 milyon, 2007-də 7.6 milyon turist Antalya səfər edib. 2008-dən etibarən artımın sürətləndiyi sektorda 2008-də 8.9 milyon, 2009-da 8.7 milyon, 2010-da 9.5 milyon rəqəmlərinə çatılıb. 2011-də ilk dəfə 10 milyon səddi keçilib. 2011-də 10.9 milyon, 2012-də 10.7 milyon, 2013-də Antalyaya 11.5 milyon turist gəlib. 2014-cü il isə 12 milyon rəqəmi ilə sektorun ən parlaq ili olub. 2015-də Rusiyadakı devalvasiyanın təsirləri Rusiya bazarında 600 minə yaxın azalma baş verdiyi üçün 11.5 milyon məbləğində qalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
14 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
15 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
16 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























