Məşhur avtomobil modeli 25 ildən sonra yenidən bazara qayıdır - QİYMƏT
Sonuncu dəfə 1996-cı ildə istehsal olunan SUV nostalji sevənlərin görüşünə gəlir...ABŞ-ın ən iri avtomobil istehsalçılarından olan Ford Motors bu yayın ən maraqlı modellərindən birinin satışına başlayıb.
Marja xəbər verir ki, dünən - 14 iyun tarixindən etibarən Fordun Miçiqandakı avtomobil zavodu bir zamanların məşhur modeli olan “Bronco” ailəsindən yeni SUV-u dilerlər üçün təchiz edir.
Vaxtilə Fordun ən çox satılan modellərindən olan “Bronco” 1965-ci ildən başlayaraq, 30 ildən artıq fasiləsiz istehsal olunub. Ford 90-cı illərin ortalarında istehsalı dayandırılan modelini yenidən həm iki, həm də dördqapılı variantda və bir çox rəng çeşidi ilə avtomobil həvəskarlarının istifadəsinə verib.
“Bu modeli yenidən konveyerin üzərində görmək möhtəşəm hissdir. Sonuncu dəfə Bronco bu zavoddan 12 iyun 1996-cı ildə çıxıb.” - Fordun marketinq meneceri Mark Gureber Miçiqandakı zavodda keçirilən tanışlıq turunda bildirib. Fordun hələ 2017-ci ildə geri gətirəcəyinə söz verdiyi model üçün 2020-ci ilin sonundan etibarən artı 150 min ilkin sifariş qəbul olunub.
Ford Bronconun ilkin satış qiyməti 30 min dollar ilə 60 min dollar arasında, onun hələ ötən ilin sonlarında müştərilərə təqdim olunan dördsilindrli mühərrikə sahib idman versiyası - Bronco Sportun qiyməti isə 28-40 min dollar ətrafında dəyişəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
10 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat sonra
-
- 15 saat əvvəl
- 16 saat əvvəl
-
17 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 17 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























