"Bakı Ayaqqabı - 2"nin xalis mənfəəti 3 dəfədən çox azalıb
Ayaqqabı fabriki olsa da, əmlakın icarəsindən gəlir əldə edir"Bakı Ayaqqabı - 2" ASC 2020-ci ili 110 min manat xalis mənfəət ilə başa vurub. Bu, 2019-cu illə müqayisədə 3,4 dəfə azdır. ASC 2019-cu ili 379 min manat xalis mənfəət ilə bağlamışdı. 2019-cu ildə xalis mənfəətin yüksək olması investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirdən qaynaqlanırdı.
Marja "Bakı Ayaqqabı - 2"nin maliyyə hesabatına istinadən xəbər verir ki, ötən il şirkətin cəmi gəlirləri 12 min manat azalaraq 407 min manata geriləyib. "Bakı Ayaqqabı - 2" ASC 2019-cu ildə 419 min manat cəmi gəlir əldə etmişdi. Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ayaqqabı istehsalından deyil, əmlakının icarəsindən gəlir əldə edir.
2019-cu ildə "Bakı Ayaqqabı - 2"nin investisiya əmlakının yenidən qiymətləndirilməsindən 278 min manat gəliri yarandığı halda, 2020-ci ildə bu gəlir 19 min manat təşkil edib (9 dəfədən çox azalıb).
Əsasən investisiya əmlakının yenidən qiymətləndirilməsindən yaranan gəlirinin azalması ilə əlaqədar olaraq "Bakı Ayaqqabı - 2"nin əməliyyat mənfəəti 2019-cu ildəki 397 min manatdan 2020-ci ildə 123 min manata geriləyib.
31 Dekabr 2020-ci il tarixində "Bakı Ayaqqabı - 2" ASC 7 milyon 684 min manat cəmi aktivlərə malik olub. Şirkət 2019-cu ilin sonunda 7 milyon 590 min manat cəmi aktivlərə malik idi.
Qeyd edək ki, "Bakı Ayaqqabı - 2" ASC Heydər Əliyev prospekti 106A ünvanında yerləşən 2 saylı Bakı Ayaqqabı Fabrikinin bazasında yaradılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
7 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 11 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















