Daha bir konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib - BU MƏHSULU GƏTİRİB
“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Konteyner”in Türkiyənin “Pasifik Eurasia Logistics” və Gürcüstanın “GR Logistics and Terminals” şirkətləri ilə birgə hazırladığı yeni logistik məhsul – TURKUAZ layihəsi çərçivəsində daha bir konteyner blok qatarı Türkiyədən Azərbaycana gəlib.
Ankaranın Marşandiz stansiyasından yola çıxan blok qatarın təyinat məntəqəsi ADY Konteyner MMC-nin Sumqayıt Terminalıdır. Azərbaycan Dəmir Yollarına məxsus 20 futluq 32 konteynerdə Türkiyədən ölkəmizə sənaye məqsədli ümumi çəkisi 880 ton olan soda məhsulu gətirilib.
Yeni logistik məhsul olan TURKUAZ layihəsi çərçivəsində həftədə iki dəfə olmaqla Türkiyədən Azərbaycana və əks istiqamətdə yükdaşımalar həyata keçirilir.
İxrac –idxal yükləri daşıyacaq qatarın müntəzəm olaraq fəaliyyət göstərməsi Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcminin artmasına, bu xəttin imkanlarının genişlənməsinə və rəqabət qabiliyyətinin güclənməsinə təkan verəcək.
TURKUAZ expres blok qatarı ilə həmçinin, Avropadan Türkiyənin Qara dəniz və Aralıq dənizi limanlarına gətirilən yüklərin Azərbaycana çatdırılması nəzərdə tutulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 saat sonra
-
- 19 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 20 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















