"Kimin marağlarına xidmət edir bu açıq-aşkar pul silmə mexanizmi?”
Qanunla ləğv edilsə də, hələ də Azərbaycana uçan bütün təyyarələrdə sərnişinlərə “Özünütəcrid barədə bəyannamə” forması paylanır.
Bu barədə aparıcı-bloqer Azər Qərib feysbuk hesabında yazıb. O qeyd edib ki, bu sənədə imza atıb ölkəyə gələn hər bir kəs öhdəlik götürür ki, 14 gün özünü təcrid edəcək:
“Mən TƏBİB-ə sual vermək istərdim ki, bu sənəd kimə lazımdır? Kim qayıdandan sonra 14 gün evdə oturur? TƏBİB rəhbərləri və onların yaxınları maaşlarına müvafiq olmayan qlamur kurortlardan qayıdanda bu sənədə imza atırlarmı? Atırlarsa, 14 gün evdə otururlarmı? Otururlarsa, mən də oturum, oturmurlarsa, digərləri niyə oturmalıdırlar? Aydın məsələdir ki, nə onlar, nə mən 14 gün evdə oturası deyilik, çünki məntiq yoxdur. Vaksin edən də imza atır, immuniteti olan da, test verən də, hamısı da anlayır ki, bu, formal bir sənəddir. Axı bu formal sənədə tonlarla kağız gedir! Həmin sənədi çap edib dövlətə od qiymətinə satan və bundan varlananlardan başqa kimə lazımdır bu mənasız sənəd? Məni heç məsuliyətə cəlb etmək də mümkün deyil, çünki gələndə üzünə baxan da olmur sənədin, tələb edən də, bəs onda kimin marağlarına xidmət edir bu açıq-aşkar pul silmə mexanizmi?”
Lakin bloqer sonradan sözügedən statusunu silib. Onun sözlərinə görə, ölkədə olmadığından bəzi məhdudiyətlərin götürülməsindən xəbərsiz olub. Amma A.Qəribin statusuna əlavə etdiyi sənəddə bəyannamənin ötən gün, yəni 9 iyunda təqdim olunduğu görünür.
Qeyd edək ki, hələ iyunun 2-dən etibarən Azərbaycanda uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalarda dəyişikliklər edilib. Belə ki, həmin tarixdən etibarən artıq Azərbaycana uçuşlar icra edən bütün aviadaşıyıcılara “Özünütəcrid barədə bəyannamə” ilə bağlı qoyulan tələb ləğv olunub və həmçinin COVID-19-a dair PCR test arayışı tələb olunmur.
Məsələyə aydınlıq gətirmək üçün TƏBİB-ə sorğu göndərdik. Bildirildi ki, məsələ ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah səlahiyyətlidir.
1500 MANAT KREDİT 49 MANAT ÖDƏNİŞLƏ!
“Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
1 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)






.jpg)








