BirKart sahibləri PAŞA Sığortadan olan könüllü tibbi sığortanı taksitlə əldə edə bilərlər
(®️) Ölkənin ən məşhur taksit kartı olan BirKart sahibləri, PAŞA Sığortadan olan fərdi müştərilər üçün nəzərdə tutulan könüllü tibbi sığorta məhsulunun dəyərini istəklərindən asılı olaraq bir neçə aya bölərək ödəyə bilərlər. Belə ki, sığorta haqqı məhsulun müddətindən çox olmamaq şərti ilə 3, 6, 9 və ya 12 taksitlə ödənilə bilər.
Taksit ödənişi zamanı sığorta haqqına əlavə komissiya və ya hər hansı faiz tətbiq olunmur. Ödənişin hissələrə bölünməsi üçün müştərilər PAŞA Sığortanın Baş ofisi, Port Baku Ofisi, Sumqayıt və ya Gəncə filiallarına yaxınlaşıb, ödənişi ofislərdəki POS terminallar vasitəsilə həyata keçirməlidirlər.
Könüllü tibbi sığorta məhsulu “Gold”, “Silver” və “Classic+” adı altında 3 paket şəklində müştərilərə təklif olunur. Müştərilər “Gold” paketi üzrə 1050 AZN sığorta haqqı ödəməklə 20 000 AZN, “Silver” paketi üzrə 840 AZN sığorta haqqına 15 000 AZN, “Classic+” paketi üzrə isə 645 AZN sığorta haqqına 10 000 AZN sığorta təminatı əldə edə bilərlər.
Qeyd edək ki, BirKart-ın 4 növü var – taksit, taksit/cashback, taksit/miles və taksit/Umico. BirKart bir sıra üstünlüklərə malikdir: 18 ayadək faizsiz taksitlə hissə-hissə ödəmək imkanı, birdəfəlik ödənişlərdə 40 günədək güzəşt müddəti, istənilən aviabiletə dəyişilməsi mümkün olan millərin toplanması, həmçinin 1,5%-dən başlayan keşbek və Umico bonusu imkanı, SMS məlumatlandırma xidməti isə pulsuzdur. BirKart-ın ölkə üzrə 8000-dən artıq partnyor şəbəkəsi fəaliyyət göstərir və bu say artmaqdadır.
BirKart haqqında ətraflı məlumat üçün www.birkart.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook səhifəsinə www.facebook.com/birkart.az müraciət edə bilərsiniz. BirKart sifarişi üçün həmçinin 8196 qısa nömrəsinə SMS və ya (+994 51) 250 99 99 nömrəsinə WhatsApp vasitəsilə, həmçinin BirKart mərkəzlərinə müraciət etmək olar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
3 saat əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
4 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 4 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır

















