Əmanətlərin Sığortalanması Fondunda qanvermə aksiyası keçirilib
Əmanətlərin Sığortalanması Fondu “1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə qanvermə aksiya keçiribƏmanətlərin Sığortlanması Fondunda qarşıdan gələn "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə hemofiliya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqlara könüllü və təmənnasız kömək məqsədilə qanvermə aksiyası baş tutmuşdur.
Fondun yaydığı məlumata görə, hazırda Respublikamızda yüzlərlə qan xəstəliklərindən əziyyət çəkən uşaqların köməyə ehtiyacları vardır ki, onların həyatı kütləvi qanvermə aksiyalarından asılıdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramına dəstək vermək, eyni zamanda hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım edərək onlar üçün tədarük olunan qan ehtiyatını artırmaq məqsədi ilə Əmanətlərin Sığortalanması Fondunda könüllü olaraq bu tədbir həyata keçirilmişdir. Fondun əməkdaşları yüksək həvəs nümayiş etdirərək qana ehtiyacı olan uşaqların köməyinə çatmaq üçün aksiyada fəal iştirak sərgiləmişlər. Əməkdaşlar ilk öncə ümumi qan analizi verdikdən sonra tibbi müayinədən keçmiş və hər hansı bir infeksion xəstəliyə rast gəlinmədiyi təqdirdə qanverməyə qoşula bilmişlər.
Aksiyada iştirak edən əməkdaşlar qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün könüllü qanvermənin xeyirxah və savab iş olduğunu vurğulayaraq, bu tipli aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildirmişlər.
Keçirilən sosial yönümlü aksiya mövcud pandemiya vəziyyəti ilə əlaqədar sosial izolyasiya qaydalarına uyğun, zəruri təhlükəsizlik tədbirlərinə riayət olunmaqla həyata keçirilmişdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
7 d. əvvəl
Ötən il dövlət büdcəsinin icrasında 528 milyon manatlıq artıqlıq yaranıb
-
-
8 d. əvvəl
ABB-nin ipoteka krediti ilə “Gəncə Park City”-də mənzil sahibi olun! - ŞƏRTLƏR
- 16 d. əvvəl
-
40 d. əvvəl
“AFB Bank” kredit portfellərinin artım sürətində bütün bankları geridə qoyub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
2 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 2 saat əvvəl
-
2 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
2 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
Ən çox oxunanlar
Dövlət bankının kredit portfelində azalma
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir































