Rusiyanın qızıl hasilatçısı Londonda IPO-ya çıxır
Qızıl qiymətlərinin artması bu sektoru canlandırıb.
Rusiyanın iri qızıl hasilatçısı, Rusiya, Qazaxıstan, Kanada, Burkina Faso və Qvineyada doqquz mədənə sahib olan və təsdiq edilmiş qızıl ehtiyatlarının həcmi 33 milyon unsiya təşkil edən NordGold bu həftə London birjasında listinqə çıxmaq (İPO - Səhmlərin İlkin Kütləvi Yerləşdirilməsi) üçün sənədlərini təqdim edəcək.
Marja xəbər verir ki, Moskva birjasında da qeydiyyatdan keçmiş şirkət IPO vasitəsilə səhmlərinin 25%-ni satmaq niyyətindədir.
Qızıl qiymətləri martdan bəri 10% artaraq, bir unsiyaya görə 1906 dolları keçib. İnvestorların artan inflyasiya qarşısında hedc vasitəsi kimi bu qiymətli metalı daha çox həcmdə alması da qiymət artımına təkan verir. İri qızıl hasilatçılarının səhmlərini izləyən NYSE Area Gold Bugs indeksi son 3 ayda 29 faiz yüksəlib.
NordGold Şimali Amerikadakı rəqibləri ilə müqayisədə daha yüksək dividendlər (bu il 400 milyon dollar) ödəməklə investorları cəlb etməyə ümid edir. Hazırda Rusiyanın Uzaq Şərq bölgəsində iki qızıl yatağını istismar edən şirkət növbəti 5 il ərzində burda hasilatı 20% artıracağına əmindir. Dünyanın ən iri qızıl hasilatçısı, ABŞ-ın Newmont Goldcorp şirkəti isə 2025-ci ilə qədər hasilatı sabit səviyyədə saxlayacaq.
NordGold hazırda ildə 1 milyon unsiya qızıl istehsal edir. Şirkətin ötən ilki EBITDA-sı (faiz, vergi öhdəlikləri və amortizasiya xərclərindən öncəki gəlirləri) 1 milyard dolları keçib. Rusiyanın ən böyük istehsalçısı, London birjasının üzvü və bazar dəyəri 82 milyard funt-sterlinq (116,15 milyard dollar) təşkil edən Polimetal 2020-ci ildə 1,4 milyon unsiya, bazarda ən böyük payçılardan biri Endavour isə 1,5 milyon unsiya qızıl hasil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 22 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 22 saat əvvəl
-
23 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 23 saat əvvəl
-
23 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
23 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
23 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 23 saat əvvəl
-
1 gün əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 1 gün əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
