Ən böyük avtomobil istehsalçılarının mənfəəti artıb
Qlobal avtomobil sənayesi koronavirus pandemiyasının yaratdığı böhrandan tədricən çıxır.
Marja xəbər verir ki, EY-in araşdırmasına görə, bu ilin yanvar-mart aylarında dünyanın ən böyük avtomobil istehsalçılarının mənfəəti 403 milyard avro təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35 milyard avro çoxdur.
Tədqiqat 16 ən böyük avtomobil istehsalçısının maliyyə göstəricilərini təhlil edib. Şirkətlərin birinci rübdəki mənfəəti az qala maksimum səviyyəyə - 403 milyard avroya çatıb. Bu, 2018-ci ilin rekord göstəricisindən cəmi 5,8 milyard avro azdır. Eyni zamanda, əməliyyat mənfəəti də əhəmiyyətli dərəcədə artıb.
EY mütəxəssisi Peter Fusa görə, mənfəət artımı bir çox cəhətdən, avtomobil şirkətlərinin çoxunun pandemiyadan əvvəl də qənaətə keçməsindən qaynaqlanır. "Birinci rübün nəticələri göstərir ki, bəzi istehsalçılar həqiqətən sabit xərclərini tənzimləməkdə irəliləmişlər",- Fusa deyib.
Eyni zamanda, araşdırmada göstərildiyi kimi, elektrikli nəqliyyat vasitələri və plug-in hibrid satışlarındakı artım, avtomobil nəhənglərinin gəlirliliyinə təsir etməyib.
Digər tərəfdən, qlobal yarımkeçirici təchizatı problemləri avtomobil istehsalçılarına mənfi təsir göstərməyə davam edir. Onların bir çoxu istehsalını bir neçə həftə dayandırmaq məcburiyyətində qalıb.
Mütəxəssislər mənfəətdəki əhəmiyyətli artıma baxmayaraq, avtomobil sənayesinin satış baxımından böhrandan əvvəlki səviyyəyə çatmadığını vurğulayırlar. Araşdırmaya görə, qlobal avtomobil satışları 2020-ci ilin birinci rübündə 2019-cu ilin birinci rübünə nisbətən 9% azalaraq 16.9 milyon avtomobil təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
15 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 11 saat sonra
-
- 10 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 11 saat əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb

























