Azərbaycan və Qazaxıstan dəmir yolları arasında əməkdaşlığın strateji istiqamətləri müzakirə edilib
“Azərbaycan Dəmir Yolları” QSC-də “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev ilə görüş keçirilib. “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov Azərbaycanın nəqliyyat-logistika imkanları və iki ölkənin dəmir yolu qurumları arasında əlaqələrin əhəmiyyəti barədə danışıb. Ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsindəki fəal rolunu qeyd edən Cəmiyyət sədri bildirib ki, həmin marşrutların fəaliyyətinin gücləndirilməsi iştirakçı ölkələrin tranzit potensialının artırılmasına təkan verir. Görüş zamanı yüklərin daşınması sahəsində birgə fəaliyyətin nəticələri, həmçinin tərəfdaşlığın uzunmüddətli perspektivləri istiqamətində atılacaq addımlar müzakirə edilib. Tərəflər Qazaxıstan və Azərbaycan dəmir yollarındakı tranzit yük daşınması seqmentində həcmlərin müsbət dinamikasını vurğulayıblar.
Azərbaycan və Qazaxıstan ərazisindən keçməklə yükdaşımalar əsasən Çin və Qazaxıstandan, Gürcüstan, Türkiyə, Avropa və əks istiqamətdə həyata keçirilir. 2021-ci ilin ilk 4 ayı ərzində Azəabaycan ərazisindən tranzit rejimdə konteyner daşımaları 2020-ci ilin müvafiq dövrünə nisbətən 49 faiz artıb. Artım əsasən Çinin idxal və ixrac əməliyatlarının payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə artaraq 4,3 min TEU (İyirmi futluq ekvivalent) həcminə çatıb.
2019-cu ildə istifadəyə verilmiş Aktau limanı - Bakı (Ələt) limanı - Bakı limanı marşrutu üzrə fider xətti müntəzəm inkişaf etdirilir. 2021-ci ilin yanvar-aprel ayları ərzində 5 mindən çox TEU nəql edilib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 11% çoxdur.
Müzakirələr zamanı Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə multimodal yükdaşımaların həcminin artırılması məqsədi ilə sənəd dövriyəsinin elektronlaşdırılması (rəqəmsallaşdırılması) məsələlərinə də toxunulub.
“Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Nurlan Sauranbayev rəhbərlik etdiyi qurumun beynəlxalq nəqliyyat layihələri çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC ilə əməkdaşlığını yüksək qiymətləndirib. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutuna olan tələbatı, eləcə də bu marşrut üzrə daşımaların səmərəliliyini diqqətə çatdırıb.
Birgə fəaliyyət perspektivlərindən danışan görüş iştirakçıları Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun potensialından tam istifadə olunması məqsədi ilə layihənin 2025-ci ilədək İnkişaf Strategiyasının qəbul edilməsinin vacibliyini bildiriblər. Görüşdə yükdaşımaların həcminin artırılması üçün marşrut üzrə sənəd dövriyyəsinin rəqəmsallaşdırılması barədə razılığa gəlinib.
Tərəflər Azərbaycan, Qazaxıstan, Çin, Gürcüstan, Türkiyə və Avropa ölkələrini birləşdirən beynəlxalq dəhliz çərçivəsində iki ölkə arasında əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparıblar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
5 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
23 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 gün əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
1 gün əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
1 gün əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 1 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
















.jpg)





.jpg)
