“PAŞA Bank” və “PwC Azərbaycan” şirkətinin birgə təşkilatçılığı ilə konfrans keçirilib
(®️) Ölkənin aparıcı korporativ maliyyə institutu və real sektorun dəstəkçisi “PAŞA Bank”, “PwC” Azərbaycan şirkəti ilə birgə “Qeyri-müəyyən zamanlarda gələcəyə uyğunlaşma” mövzusuna dair konfrans təşkil edib. May ayının 24-də onlayn formatda baş tutan tədbirdə maliyyə və bankçılıq sahəsindəki ən son trendlər, rəqəmsallaşma tələbatı, texnologiyaların transformasiyası və gələcəyin aktual çağırışları ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə açılış nitqi ilə çıxış edən “PAŞA Bank”ın İdarə Heyətinin sədri, baş icraçı direktor Taleh Kazımov, ötən ilin gətirdiyi sınaqlardan və çağırışlardan danışıb.
O, qeyd edib ki, yalnız müştəri təcrübəsinə sərmayə yatıran və onların ehtiyaclarını düzgün şəkildə müəyyənləşdirən, dəyişikliklərə anında uyğunlaşan və çevik qərar qəbuletmə bacarığına malik olan şirkətlər gözlənilməz gedişatlarda belə uğur qazana bilər.
“Belə bir dönəmlərdə maliyyə qurumlarının üzərinə daha çox məsuliyyət düşür. Biz, bütün gedişatlara hazır olmalı, mümkün riskləri düzgün şəkildə və zamanında dəyərləndirməli, onların qarşısını almalıyıq. Zamanın nəbzini tutmaq da çox vacibdir. Müştərilərin istəklərini və ehtiyaclarını düzgün müəyyənləşdirmək, bazara ən keyfiyyətli və innovativ məhsul təqdim etmək sabahın deyil, bu günün öhdəliyidir”, - deyə Taleh Kazımov bildirib.
“PwC” Azərbaycan şirkətinin İdarəedici partnyoru Mövlan Paşayev qeyri-müəyyən zamanların trendlərindən və transformasiyadan danışarkən texnologiyanın geniş təbiəti, fərdlərə, cəmiyyətə və iqlimə təsiri kimi mühüm məqamlara da toxunub. Həmçinin cənab Paşayev “PwC” Azərbaycanın “IV CEO sorğusu”nun nəticələri barəsində müzakirələr aparıb.
Tədbir, hər iki qurumun məruzəçilərinin çıxışından sonra sürətlə dəyişən istehlakçı gözləntilərinə uyğunlaşmaq üçün innovativ strategiyaların tətbiqi, gələcəyin bankları, inkişaf etməkdə olan texnologiyalar və müştərilərlə bankların qarşılıqlı əlaqəsi mövzuları ətrafında panel müzakirələri ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 17 d. əvvəl
-
- 45 d. əvvəl
-
1 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
1 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı sahəsində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























