OECD-dən bədbin nəticələr
G7 ölkələrinin iqtisadiyyatı daha zəif dirçəlir, pandemiyanın tez bitəcəyi ilə bağlı gözləntilər özünü doğrultmur. Birinci rübdə ÜDM cəmi 0,3% artıb
Özündə ABŞ, Kanada, Almaniya, Fransa, Böyük Britaniya, Yaponiya, Cənubi Koreya kimi iqtisadi nəhənglər də daxil olmaqla 37 ölkəni birləşdirən İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) 2021-ci ilin birinci rübünün ÜDM nəticələrini açıqlayıb.
Marja xəbər verir ki, təşkilat OECD coğrafiyasında iqtisadi inkişafın 2020-ci ilin son rübü (1%) ilə müqayisədə daha zəif getdiyini və cəmi 0,3% təşkil etdiyini bildirib. G7 ölkələr qrupunun ÜDM-i cəmi 0,4% artıb.
Almaniya (-1,7%), Böyük Britaniya (-1,5%) və Yaponiyada (-1,3%) ÜDM ötən ilin son rübü ilə müqayisədə azalıb. Xatırladaq ki, bu göstəricilər 2020-ci ilin sonlarında müvafiq olaraq 0,5%, 1,3% və 2,8% idi. İtaliyada (-0,4%) mənfi ÜDM həcmi ötən rüblə müqayisədə (-1,8%) azalsa da, ölkə hələ də iqtisadi artım tempini tuta bilmir. ABŞ və Kanadada ÜDM eyni faizlə artıb - 1,6% (ötən rüb ABŞ iqtisadiyyatı 2,3%, Kanada isə 1.1% artmışdı). 2020-ci ilin son rübündəki mənfi 1,4% göstəricidən sonra, Fransa cari ilin birinci rübündə özünə gəlməyə başlayıb: 0,4%.
2021-ci ilin birinci rübündəki iqtisadi aktivliyi pandemiyadan əvvəlki dövrlə (2019-cu ilin son rübü) müqayisə etdikdə, OECD regionunda ÜDM artımı hələ də -2,6%-lə geridədir. G7 ölkələrində ən iri iqtisadi tənəzzül Böyük Britaniyada (-8,7%), ən kiçik azalma isə ABŞ-da (-0,9%) qeydə alınıb.
OECD-nin hazırkı açıqlamaları və qlobal iqtisadi sistemin əsas hissəsini təşkil edən OECD üzvlərinin nəticələri dünya iqtisadiyyatının pandemiyadan sonra bu il özünə gələrək sürətlə artacağı barədə proqnozlara təkrar baxmağı zəruri edir. Mayın 31-də açıqlanacaq OECD İqtisadi İcmalında da 2021-ci il üzrə ÜDM artım proqnozuna düzəlişlər istisna olunmur.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 20 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 21 saat əvvəl
-
21 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
21 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
21 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 21 saat əvvəl
-
22 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 22 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
