Köhnə dostların yeni savaşı - italyan temperamenti ispan inadkarlığına qarşı
Dava nə az, nə çox - 67 milyon avro davasıdır...Bu gün Madriddə məşhur italyan bankir, hazırda İtaliyanın ikinci, dünyanın 34-cü ən iri bankı UniCredit-in baş icraçı direktoru Andrea Orcelin ispan maliyyə nəhəngi, Avropanın dördüncü, qlobal bank sisteminin 16-cı ən böyük bankı olan Santander-ə qarşı iddiasında növbəti məhkəmə iclası keçirilir. Cavabdeh kürsüsündə isə Orcelin ən yaxın dostlarından biri, Forbesin 2018, 2019 və 2020-ci illərdəki reytinq siyahısında dünyanın səkkizinci ən güclü qadını titulunu qazanmış, Santander-in icraçı sədri Anna Botin əyləşib.
Marja xəbər verir ki, Orcel, Botinin 2018-2019-cu illərdə onu Santander Bankının baş direktoru vəzifəsinə dəvət etdiyini, Santander-in rəsmi işə dəvət məktubu təqdim etdiyini, lakin son anda bu təklifi geri çəkdiyini əsas gətirərək, itirilmiş nüfuz və gəlirə görə ispan bankından 58-67 milyon avro məbləğində təzminat tələb edir. Əvvəlki iddia ərizəsində bu rəqəm daha böyük - 112 milyon avro idi. Yaxın dostlar arasındakı münaqişənin tarixinə qısa nəzər salaq:
Karyerasına ötən əsrin 80-ci illərinin sonlarında Goldman Sachs və Boston Consulting Group kimi aparıcı amerikan şirkətlərində başlayan Orcel daha sonra - 1992-2012-ci illərdə Bank of Americanın investisiya və zəngin aktivlərin idarə olunması bölməsi, hazırda 2,3 trilyonluq aktivləri idarə edən Merril Lynch-də çalışıb və Londonda yerləşən Birləşmə və Satınalmalar (M&A) bölməsinin direktoru vəzifəsinə qədər yüksəlib. 2012-ci ildə isə Andrea İsveçrənin əsas maliyyə və investisiya şirkəti, dünyanın ən iri özəl bankı və müştərilərinin siyahısı hələ də gizli saxlanılan UBS-ə baş direktor təyin edildi.
2018-ci ilin sentyabrında Anna Botin Andrea Orcelin 2019-cu ilin əvvəlindən etibarən ilk ispan olmayan şəxs kimi Santander Bankının baş direktoru təyin ediləcəyini elan etdi. Bu vəzifə üçün Santander Orcelə UBS-də aldığı illik 18,5 milyon avro (21,3 milyon dollar) maaşı, səhm opsiyasını və üstəlik bonus ödəməyi rəsmi məktubla öhdəsinə götürdü. Lakin 2019-cu ilin yanvarında Anna və Andrea Avropa Bank Tənzimləmə Qurumunu, UBS-in sədri Aksel Veberi və Santanderin Direktorlar Şurasını inandıra bilmədilər ki, Orcel UBS-dən Santander-ə keçməklə “rəqib bankın işçisini haqsız rəqabətlə cəlb etmək” qaydasını pozmur. Nəticədə UBS Andrea Orcel-in bankda malik olduğu səhmləri ona verməkdən imtina etdi, Santander isə Orcelə maaş və səhm üçün tələb etdiyi məbləğin (60 milyon dollar) yalnız üçdə birini ödəyə biləcəyini bildirdi.
Anna Botin və Santander-lə münasibətləri pozulan Orcel 2019-cu ilin yayında bankı müqavilə şərtlərinin pozulması iddiası ilə məhkəməyə verib. Məhkəmə indiyə qədər davam edir və 2021-ci ilin yanvarında italyan bankı UniCredit-in baş direktoru təyin edilən Orcel Santander-dən əl çəkmək niyyətində deyil. Anna Botin isə bugünkü prosesdə “tərəflər arasında yalnız danışıqlar olduğunu, Orcelə təqdim olunan işə dəvət məktubda Santander bankının heç bir hüquqi öhdəlik götürmədiyini” bildirib. Proses davam edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 1 saat əvvəl
-
13 saat əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 13 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
15 saat əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
16 saat əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 17 saat əvvəl
-
17 saat əvvəl
BOKT “Qafqaz-Kredit” 2025-ci ili zərərlə başa vurub — kredit portfeli azalıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Azərbaycan neftinin son qiyməti
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 7 GÜN
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Ən çox oxunanlar
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”






















