Netflix-ə yeni amansız rəqib gəlir
Warner Media və Discovery 150 milyard dollarlıq yeni şirkət yaradır.
Dünyanın ən iri telekommunikasiya şirkəti, Amerika qitəsinin lider tlefon provayderi və ötən ilin nəticələrinə görə 181 milyard dollarlıq gəlirlə ABŞ-ın Fortune500 indeksində doqquzuncu ən varlı korporasiya olan AT&T (orijinal adı: Amerika Telefon və Teleqraf şirkəti) əsas rəqiblərdən olan Discovery ilə nəhəng əməkdaşlığa imza atır.
Marja Bloomberg və Financial Times kimi nüfuzlu mətbu orqanlarına istinadla xəbər verir ki, dünən - bazar günü şirkətin Direktorlar Şurası bununla əlaqədar toplanıb. Məqsəd AT&T-nin sahibi olduğu, Warner Brothers production şirkəti, CNN və HBO kimi kabel və peyk televiziyası kanallarını özündə birləşdirən Warner Media bölməsini Discovery Channel, Animal Planet, Science Channel kimi məşhur telekanalların sahibi Discovery Inc.-lə birləşdirmək və yeni, daha böyük yayım xidməti qurmaqdır.
Bazar dəyəri 230 milyard dollardan çox olan AT&T-nin bir hissəsinin 24 milyard dollarlıq kapitallaşmaya malik Discovery ilə birləşməsi nəticəsində təxminən 150 milyard dollarlıq nəhəng yayım şirkəti yaradılacaqdır. Sövdələşmə rəsmiləşdiyi təqdirdə bu, 2018-ci ildə Time Warner şirkətini 85 milyard dollara alan AT&T-nin tarixində ən böyük investisiya olacaqdır.
Uzun illər Netflix-in rəqəmsal əyləncə xidmətləri və yayım sektorundakı liderliyindən sonra, bir sıra böyük media və texnologiya şirkətləri də bazarda öz yerlərini tutmaq uğrunda mübarizəyə başlayıb. Son il yarım ərzində Disney, Apple, Warner Media, Amazon, Comcast, Discovery və başqa şirkətlər Netflix-in yayım sisteminə bənzər xidmətlər yaradaq, daha çox müştəri əldə etmək üçün amansız rəqabət aparır. Hələ 2019-cu ildə AT&T-nin baş direktoru Con Stankey və Discovery-nin şefi David Zaslav öz proqram kontentlərini vahid yayım xidmətində birləşdirib, müştərilərə ayda 8 dollarlıq paket təklif etmək barədə müzakirə aparıblar. Lakin Disney özünün Disney Plus kanalında ayda cəmi 7 dollara geniş xidmətlər təklif etdikdən sonra bu müzakirə nəticəsiz qalıb.
Hazırda Discovery-nin əyləncə yayım xidmətinin 15 milyon, HBO Max-ın 9,7 milyon abunəçisi var. Lakin bu rəqəmlər aylıq 104 milyon abunəçi sayına malik Disney Plus və 208 milyonluq nəhəng abunəçi kütləsi olan Netflix-lə müqayisədə çox kiçikdir. AT&T-nin Discovery ilə birləşməsində əsas məqsəd məhz bu fərqi aradan qaldırmaq və ABŞ, eləcə də regional bazarlarda ciddi pay qazanmaqdır.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 17 saat əvvəl
-
17 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
17 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
18 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
