Tanınmış ginekoloqdan şikayət edildi, 17 min manat tələb olunur
Tanınmış mama-ginekoloq Aytən Səfərova ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edilib.
Məlumata görə, şikayətçi vətəndaş D.M. və onun həyat yoldaşı Ə.E.-dir.
Şikayətçilər iddia edir ki, A.Səfərovanın səhlənkarlığı ucbatından döl tələf olub. Buna görə də ər-arvad hüquq-mühafizə orqanlarına şikayət edərək həkimə verdikləri 17 min manat pulu geri tələb edirlər.
A.Səfərovanın vəkili bildirib ki, vətəndaşların şikayəti əsassızdır:
“Həmin vətəndaş süni mayalanma ilə bağlı Aytən Səfərovaya müraciət edib və süni mayalanma da uğurlu olub. Lakin qadın doğuşu başqa xəstəxanada edib və orada da uşaq tələf olub. Bizə də bu barədə hüquq-mühafizə orqanlarından heç nə deyilməyib”.
Qeyd edək ki, A.Səfərova 1998-2004-cü illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakultəsində təhsil alıb. O, "Baku Medical Plaza"da Qadın xəstəlikləri (Ginekologiya) və Doğum şöbəsində işləyib və hazırda isə "Caspian İnternational Hospital"da çalışır.
Marja.az Telegramda: https://t.me/marjaaz
©️ “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)



