"SOCAR Şərqi Avropaya "Rosneft”in yanacağının tədarükünə başlayır"
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq neft-qaz ticarətində öz mövqelərini gücləndirmək niyyətindədir.
Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
O bildirib ki, bu istiqamətdə Rusiyanın “Rosneft” dövlət neft şirkətinin istehsal etdiyi neft məhsullarını Ukrayna, Polşa, Baltikyanı ölkələrə və digər Şərqi Avropa ölkələrinə tədarük etmək hüququnu təmin edən saziş imzalanıb: “Nəzərdə tutulan əməliyyatların həcmi və müddəti hazırda razılaşdırılmaqdadır.”
Xatırladaq ki, dünən SOCAR və “Rosneft” arasında “SOCAR Trading” şirkətinin Rusiya dövlət neft şirkətinin Ukraynaya neft məhsullarını ixracında operator qismində iştirak etməsi ilə bağlı "Report" məlumat vermişdi. Bu həftə “SOCAR Trading” şirkətinin rəhbərləri cari ilin aprel ayınadək Ukraynada "Rosneft"in yanacaq həcmlərinin bölüşdürülməsilə məşğul olmuş “Proton Energy Group S.A.” şirkətinin nümayəndələrilə danışıqlara başlayıblar. Mənbələrə görə, artıq bu ay tədarükə başlayacağını istisna etməyən yeni operator 100 min tondan artıq dizel yanacağı və 12 min ton maye qazı həcmindəki kvotası olduğunu bildirsə də, bazar iştirakçıları tədarükə iyun ayında başlamağın daha ağlabatan olduğunu düşünürlər.
Bu ilin I rübündə Azərbaycan təxminən 7,3 milyon ton neft (kondensatla birlikdə) ixrac edib ki, bunun da 6,9 milyon tonu konsorsium, 370 min tonu isə Azərbaycan SOCAR-ın payına düşüb. Neftin (kondensatla birlikdə) ixraca nəqli 2020-ci ilin müvafiq dövrünə nisbətən, təxminən 320 min ton, yəni 4 % azdır.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















