ABŞ büdcəsində 7 aylıq kəsir 1,9 trilyon dollara çatıb
ABŞ-da 2021-ci maliyyə ilinin yeddi ayı ərzində cəmi büdcə kəsiri keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,9 trilyon dollara yüksəlib. Büdcə kəsiri keçən ilin eyni dövründə 1,5 trilyon dollar səviyyəsində reallaşmışdı. ABŞ-ın federal hökumətinin büdcə kəsiri təkcə apreldə 226 milyard dollar olub.
ABŞ Maliyyə Nazirliyi, aprel ayına dair büdcə hesabatını yayımlayıb.
Marja xəbər verir ki, 1 Oktyabr 2020-də başlayan və 30 Sentyabr 2021-də sona çatacaq 2021-ci maliyyə ilinin aprel ayında federal hökumətin büdcə kəsiri 226 milyard dollar olaraq hesablanıb. Büdcədə keçən ilin eyni ayında 738 milyard dollar kəsir yaranmışdı. Aprel ayında büdcə kəsiri keçən ilin eyni ayı ilə müqayisədə 69,4% azalıb.
Bu dövrdə büdcə xərcləri keçən ilin eyni ayı ilə müqayisədə 32,2% azalaraq 664,8 milyard dollara geriləyib, büdcə gəlirləri 81,6% artımla 439,2 milyard dollar yüksəlib.
7 aylıq büdcə kəsiri 1,9 trilyon dollara çatıb
Ölkədə, 2021-ci maliyyə ilinin yeddi ayı ərzində cəmi büdcə kəsiri isə keçən ilin eyni dövrü ilə müqayisədə 30,4% artaraq 1,9 trilyon dollara çatıb. Büdcə kəsiri keçən ilin eyni dövründə 1,5 trilyon dollar səviyyəsində reallaşmışdı.
Maliyyə ilinin 7 ayındakı büdcə xərcləri keçən ilin eyni dövrü ilə müqayisədə 22,5% artaraq 4,1 trilyon dollara yüksəlib, büdcə gəlirləri 16,1%-lik artımla 2,1 trilyon dollar olub.
ABŞ-ın büdcə kəsiri, 2020-ci maliyyə ilində Kovid-19 epidemiyası ilə əlaqədar 3,1 trilyon dollar olmaqla rekord səviyyəyə çatmışdı.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 16 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 17 saat əvvəl
-
17 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
17 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
18 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
