ABŞ iqtisadiyyatının şah damarı çökdü, fövqəladə vəziyyət elan olundu
Həftəsonu baş verən kiberhücum ABŞ-ı silkələyib...
ABŞ-da həftəsonu ölkənin ən iri yanacaq boru kəmərində baş verən irimiqyaslı problem yeni iş həftəsində ciddi problemlər yarada bilər. Marja xəbər verir ki, ABŞ-ın cənubundan - Meksika körfəzi və Texasdan başlayaraq, şimal-şərq sahilinə - Linden, Nyu-Cersi və Nyu-Yorka qədər 5500 mil (8850 km) məsafədə uzanan və günlük 2,5 milyon barrel yanacaq nəql edən Colonial Pipeline Systems boru kəmərinin idarəetmə proqramı kiberhücuma məruz qalıb. Nəticədə kəmərin operatoru olan Colonial Pipeline Company ABŞ iqtisadiyyatının ən vacib infrastrukturlarından birinə müdaxilənin qarşısını almaq üçün sistemi tamamilə dayandırmalı olub.
ABŞ hökuməti problemi aradan qaldırmaq və kəskin mənfi nəticələrin qarşısını almaq üçün dünən axşam fövqəladə vəziyyət elan edib. Nəqliyyat Nazirliyinin açıqlamasında 50 milyon amerikalını benzin, dizel və təyyarə yanacağı ilə təmin edən kəmərin fəaliyyəti bərpa olunana qədər yanacaq qıtlığı problemini həll etmək üçün quru nəqliyyatı ilə yanacaq daşınmasına qoyulan limitlərin müvəqqəti götürüldüyü bildirilib. Hazırda operator şirkət, ABŞ Nəqliyyat Nazirliyi və Federal Təhqiqatlar Bürosu kiberhücumun mənbəyini araşdırır və proqram təminatına haker sızmalarının təmizlənməsi ilə məşğuldur.
Lakin boru kəmərinin nə vaxt fəaliyyətini bərpa etməsi ilə bağlı dəqiq məlumat yoxdur. “Biz xidmət həcmimizi bərpa etmək prosesindəyik və bunun yetərincə təhlükəsiz və federal qaydaların tələblərinə tam uyğun olduğuna əmin olduqdan sonra sistemi tam gücü ilə işə salacağıq.” - operatorun açıqlamasında bildirilib.
Ekspertlər anbarlarda olan yanacaq ehtiyatlarının tələbatı qısa müddətə ödəyəcəyini, lakin sistemin fəaliyyəti yeni iş həftəsinin ilk günlərində bərpa olunmasa, benzin və dizel qiymətlərinin kəskin artacağını bildirir. Bazar günü axşam benzin qiymətləri 4% bahalaşıb, daha sonra 2% aşağı düşərək, hazırda bir qallon üçün 2,16 dollar təşkil edir. Bugün yeni iş həftəsinə açılacaq birjaların məsələyə necə reaksiya verəcəyi maraqlıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 17 saat əvvəl
-
- 17 saat əvvəl
-
17 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 17 saat əvvəl
-
17 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
17 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
18 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 18 saat əvvəl
-
18 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 18 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
