“AS Group İnvestment” şirkəti 4 yaşlı Hüseynin ürək əməliyyatının xərclərini öz üzərinə götürdü
“AS Group Investment” şirkəti anadangəlmə ürək qüsurundan – arterial axacağın açıq qalmasından əziyyət çəkən 4 yaşlı Fərəcov Hüseynin ürək əməliyyatının bütün xərclərini öz üzərinə götürüb.
Ürək əməliyyatı Mərkəzi Gömrük Hospitalının invaziv pediatrik kardioloqu, doktor Nəsimi Cabbarov tərəfindən həyata keçirilib. Əməliyyat zamanı transkateter PDA bağlanması – qapalı yolla qüsurun aradan qaldırılması yerinə yetirilib. Doktor Nəsimi Cabbarovun qeyd etdiyi kimi artıq balaca Hüseynin vəziyyəti yaxşıdır. Və o digər sağlam həyat tərzi sürən uşaqlar kimi heç bir məhdudiyyət qoyulmadan normal həyata davam edəcək.
2003-cü ildən fəaliyyətə başlayan, istər dövlət, istərsə də özəl sektorda kompleks layihələr həyata keçirən “AS Qrup Investment” şirkəti fəaliyyət göstərdiyi illər ərzində ölkəmiz, cəmiyyətimiz, vətəndaşlarımız qarşısında özünün korporativ sosial məsuliyyətini anlayaraq daim müxtəlif sosial layihələrə dəstək olub. “AS Group Investment” sərt karantin rejimi dövründə yaranan donor çatışmazlığı probleminin aradan qaldırılması məqsədilə Mərkəzi Qan Bankında talassemiyalı uşaqlara qanvermə aksiyası keçirən ilk şirkətlərdən olub. Bundan başqa “AS Group İnvestment” autizmli uşaqlara dəstək olmaq məqsədilə onların “Birgə və Sağlam” İctimai Birliyilə daim əməkdaşlıq edib.
“AS Qrup İnvestment” şirkəti və onun layihələri haqqında daha ətraflı məlumatı www.asgroup.az saytına daxil olaraq oradan ala bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
İnternetin yüksək, orta və aşağı sürətdə olduğu provayderlər - SİYAHI
-
3 saat əvvəl
Azərbaycanın avtomobil istehsalı sektoru 2025-ci ili tənəzzül ilə başa vurub
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Rəsmi məlumata görə, Azərbaycan əhalisinin 45,6 faizini kənd sakinləri təşkil edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Azərbaycan Çin şirkətlərilə alüminium istehsalı üzrə birgə layihələri müzakirə etdi
Dolların 21 yanvar üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakıda 3 dərəcə şaxta olacaq
Azərbaycanda sement istehsalı cüzi artıb - Tikinti materiallarının istehsalı azalıb
Ən çox oxunanlar
İlham Əliyev İsveçrədə səfərdədir
Azərbaycanda doğum azalıb, ölüm artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfelində güclü artım

























