"Azərxalça”nın sabiq rəhbəri Vidadi Muradovun həbs müddəti uzadılıb
Binəqədi rayon Məhkəməsində "Azərxalça” ASC-nin İdarə heyətinin sabiq sədri Vidadi Muradovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata baxılıb.
Keçirilən prosesdə təqdimat təmin edilib. Vidadi Muradov barəsində olan həbs qətimkan tədbirinin müddəti 3 ay uzadılıb.
Qeyd edək ki, "Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsində işləmişMuradov Vidadi Aydın oğlunun qanunsuz əməlləri ilə əlaqədar Baş Prokurorluğa daxil olmuş materiallar əsasında aparılmış araşdırma nəticəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılan istintaq tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən 9 dekabr 2016-cı il tarixdən 31 dekabr 2019-cu il tarixədək olan müddətdə digər şəxslərlə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus xalça istehsalı üçün nəzərdə tutulan ipin formal müqavilələrin bağlanması yolu ilə alqı-satqısı məqsədi ilə bir neçə hüquqi şəxsə məxsus bank hesablarına ümumilikdə3 milyon 435 min manatməbləğdə pul vəsaitinin köçürülməsinə və həmin məbləğin1 milyon 149 min manatolan hissəsinin nağdlaşdırılmaqla mənimsəməsinə, hərəkətləri ilə cəmiyyətin qanunla qorunan əmlak və sair hüquqlarına, habelə qanuni mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə, eləcə də rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.
Bundan başqa, Vidadi Muradovun 20 dekabr 2017-ci il tarixdən 18 fevral 2019-cu il tarixədək olan müddətdə cəmiyyətə məxsus müxtəlif ölçülü xalçaları təsisçisi olduğu “Azər-İlmə” MMC-yə ucuz qiymətə satılmasına nail olmaqla 339 min 427 manat məbləğində əmlakı mənimsəyərək “Azərxalça” ASC-nin qanuni mənafelərinə təkrarən mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
Habelə Vidadi Muradovun 28 mart 2019-cu il tarixdə xarici bazarlarda 800 min ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə1 milyon 360 min manattəşkil edən yun təmizləmə xəttinin alınmasının mümkün olmasına və həmin alqı-satqının rəhbəri olduğu Cəmiyyət üçün maddi baxımdan daha səmərəli olmasına baxmayaraq, istintaqla şəxsiyyətləri araşdırılan qeyriləri ilə qabaqcadan əlbir olaraq “Azərxalça” ASC-yə məxsus olan əmlakı israf etməklə talamaq məqsədilə Cəmiyyət üçün maddi cəhətdən daha ağır şərtlərlə, Almaniya Federativ Respublikası ərazisində fəaliyyət göstərən şirkətlərdən biri ilə dəyəri 5 milyon 314 min avro (10 milyon 167 min manat) təşkil edən podrat müqaviləsini bağlayıb, müqavilənin tərkib hissəsi kimi yun təmizləmə xəttinin alınması üçün 1 milyon 800 min avro (3 milyon 444 min manat) məbləğində pulun “Azərxalça” ASC-nin bank hesabından şirkətin bank hesabına ödənilməsinə nail olmaqla, “Azərxalça” ASC-yə məxsus cəmi2 milyon 84 min manatməbləğində əmlakı israf etməsinə, həmin hərəkətləri ilə təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr yaranıb.
09 yanvar 2021-ci il tarixdə Muradov Vidadi Aydın oğluna Azərbaycan Respublikası CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 28 d. əvvəl
-
- 31 d. əvvəl
- 49 d. əvvəl
-
1 saat əvvəl
Bu il "PAŞA Kapital"ın 3 illik yeni strateji inkişaf planı hazırlanacaq
-
1 saat əvvəl
“Qiymətləndiricinin vəzifəsi tərəfləri deyil, bazarı təmsil etməkdir”
- 1 saat əvvəl
-
1 saat əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
2 saat əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
2 saat əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
-
2 saat əvvəl
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Bu il Sərsəng Su Anbarının yenidən qurulmasına başlanılacaq
Kimlərə və nə qədər əlavə məzuniyyət verilir?
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
Ən çox oxunanlar
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
Prezident Bakıda 35 mərtəbəli binanın açılışında iştirak edib
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib


















.jpg)



