Ən böyük avtomobil istehsalçılarından biri Bakıda yeni ünvanda
(®️) Dünyanın ən böyük avtomobil markası olan Volkswagen Azərbaycanda yeni, regionda analoqu olmayan mərkəzi ilə Bakıda fəaliyyətinə davam edir. Volkswagen AG-in Azərbaycanda rəsmi və yeganə dileri “Azərbaycan Automobiles” şirkəti yeni Volkswagen Azərbaycan mərkəzinin açılışını elan etdi.
Yeni Volkswagen Azərbaycan Mərkəzi Nəcəfqulu Rəfiyev küçəsi 29 ünvanında, Xətai metrosu və Bravo Xətai filialının arasında yerləşir. Mərkəz tam olaraq beynəlxalq Volkswagen konsepsiyasına uyğun olaraq inşa etdirilmişdir.
Volkswagen Azərbaycan Mərkəzi tam yeni konsept avtosalon və ona bitişik servis bölməsindən ibarətdir. Binanın layihəsi Volkswagen beynəlxalq ekspertləri tərəfindən hazırlanmışdır. Avtosalon avtomobillərin girişi və təhvil-təslimi üçün xüsusi olaraq ayrılmış iki girişdən ibarətdir, müştərilər üçün isə individual rahat parkinq yerləri və hər cür rahatlıqlarla təchiz edilmişdir. Burada ən son Volkswagen modelləri ilə tanış ola, yerindəcə bəyəndiyiniz avtomobilin qeydiyyatını apara və aktual kampaniyalar barədə məlumat əldə edə bilərsiniz.
Volkswagen Azərbaycanda servis müştərinə xidmət göstərilməsinə xüsusi diqqət verilmişdir. Yeni Rəsmi Servis interaktiv qəbul bölməsi, 12 ədəd qaldırıcı və 4D texnologiyalı təkər çəpliklərinin nizamlanması(razval) bölməsindən ibarətdir. Avadanlıqlar və alətlər ən son texnologiyalara uyğun, Volkswagen tərəfindən akkreditasiya olunmuş “Maha”, “Hazet” və digər beynəlxalq brendlərin ən müasir kolleksiyalarıdır. Bundan əlavə servisdə yalnız rəsmi servisə məxsus lisenziyalı diaqnostika proqramı, havaçəkmənin smoq testi, avtomobil işıqlarının tənzimlənməsi stendi və digər avadanlıqlar müştərilərin xidmətindədir. Yalnız orijinal ehtiyat hissələrinin satışını həyata keçirən Rəsmi Servis bütün ehtiyat hissələrinə 2 il, maye və əlavələrə isə 6 ay və ya 8000 km istehsalçı zəmanəti verir. Təcrübəli usta heyəti isə mütəmadi olaraq beynəlxalq təlimlərdə iştirak edir, avtomobillərə yüksək səviyyədə xidmətin təşkil olunmasını təmin edir.
Avtomobilinizi servisə gətirərkən sadəcə interaktiv qəbul bölməsində bütün məlumatları əldə edib avtomobili təhvil verirsiniz. Bütün təmir prosesini servisin hər bölməsində quraşdırılan 360 dərəcə kamera sistemi ilə izləmək mümkündür. Sizə yalnız avtosalonun 2-ci mərtəbəsində yaradılan gözləmə zonasında istirahət edərək işlərin görülmə prosesinə nəzarət etmək qalır.
Volkswagen Azərbaycan Mərkəzi hər gün xidmətinizdədir. Avtosalon həftə içi saat 10:00-dan 19:00-a və həftəsonları 10:00-dan 18:00-a kimi, Rəsmi Servis isə bazar günü istisna olmaqla hər gün 9:00-dan 18:00-a qədər fəaliyyət göstərir. Volkswagen-in Azərbaycandakı fəaliyyəti və aktual kampaniyalar barədə www.volkswagenauto.az saytında məlumat əldə edə, yaxud *0999 vahid çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz. Sizi yeni avtosalonumuzda gözləyirik.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
17 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 13 saat sonra
-
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
10 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 10 saat əvvəl
-
23 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























