Yahoo-ya yeni müştəri çıxıb- 5 MİLYARD DOLLAR
Dünyanın ən məşhur veb saytlarından biri özəl investorlara keçir.
ABŞ-ın qlobal alternativ investisiya şirkətlərindən biri, idarəçiliyi altındakı aktivlərin həcmi 400 milyard dollardan artıq olan Apollo Global Management Inc. digər bir amerikan şirkəti, telekommunikasiya sahəsidə liderlərdən olan, 120 milyondan çox abunəçi ilə ABŞ-ın ikinci ən böyük simsiz rabitə, telekommunikasiya və internet provayderi Verizon-dan media aktivlərini almaq niyyətindədir.
Marja biznes mənbələrinə istinadən xəbər verir ki, 4-5 milyard dollar həcmində qiymətləndirilən sövdələşmə barəsində bugün rəsmi açıqlama veriləcəyi gözlənilir. Satılacaq aktivlərin arasında dünyanın ən iri veb platformalarından, axtarış sistemlərindən və xəbər və reklam provayderlərindən olan Yahoo və başqa media qurumları var.
Verizon 2015-ci ildə Amerikan xəbər portalı və onlayn xidmətlər provayderi AOL-u, 2016-cı ildə isə Yahoo-nu, həmçinin onun Alibaba Group-dakı 15% və Yahoo Japan-dakı 35% paylarını satın alaraq, bu iki media aktivinə 9 milyar dollara yaxın vəsait xərcləmişdi. Bu, həmin zamanlar bir çox iri şirkətlər tərəfindən adicə şəbəkə operatoru olmaqdansa, bütün kontentin sahibinə çevrilmək ideyasının dəstəklənməsi ilə bağlı idi. Amazon və Netflix öz rəqəmsal kontent və yayım sistemlərini yaratmış, Disney və ViacomCBS də bu prosesə qoşulmuşdular. Verizonun ən böyük rəqibi AT&T (orijinal adı: Amerika Telefon və Teleqraf şirkəti) beş il öncə həmin dövrün ən iri sövdələşmələrindən birinə imza ataraq, CNN, HBO və Warner Brothers-in sahibi Time Warner şirkətini 85 milyard dollara satın alıb.
Verizon da bazarda payını itirməmək və şəbəkəsini genişləndirmək üçün Yahoo, Aol, Huffington Post və digər aktivlərini yeni ad altında – Oath Inc. şirkətində birləşdirdi.Lakin digər bazar nəhəngləri, o cümlədən Google və Facebook ilə rəqabət apara bilməyərək, 2018-c ildə aktivlərinin nonimal dəyərini 4,6 milyard dollar azatmalı oldu. Hazırkı sövdələşmə ilə Verizon gəlirliliyi az olan aktivlərini Apollo-ya ötürmək və əsas diqqətini hazırda qlobal miqyasda 2700 şəhərdə 230 milyon nəfər abunəçiyə çatmış 5G şəbəkəsini genişləndirmək niyyyətindədir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
14 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 14 saat əvvəl
-
15 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
15 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
15 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 15 saat əvvəl
-
15 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 15 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
