Azərbaycanın iri kərpic istehsalçısı gil yatağı üzrə istismar hüququnu qazanıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən müsabiqə və hərracların keçirilməsinə start verilib.
İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, ölkəmizdə ilk dəfə olaraq Göygöl rayonu ərazisində yerləşən “Göygöl-I” gil yatağının istifadəyə verilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinin Auksion Mərkəzində hərrac keçirilib.
Hərracla bağlı İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri və Göygöl Rayon İcra Hakimiyyəti əməkdaşlarından ibarət Ekspert Komissiyası yaradılıb. “Göygöl-I”-in ehtiyatının dəqiqləşdirilməsi məqsədilə yataqda dövlət geoloji ekspertiza işləri aparılıb, yatağın ehtiyatı 2,2 mln. m3, yatağın sahəsi 20 hektar olaraq dəqiqləşdirilib, ilkin start qiyməti isə 220 000 manat müəyyən edilib. Hərracda iştirak edən “Fəxrəddin-K” MMC “Göygöl-1” gil yatağı üzrə istismar hüququnu qazanıb.
Yaxın zamanlarda növbəti hərracların keçirilməsi planlaşdırılır. Artıq Goranboy rayonu Qarasuçay qum-çınqıl yatağının ərazisində yer təki sahələrinin istifadəyə verilməsi barədə hərracda iştirakla bağlı sənədlərin 3 may 2021-ci il saat 16:00-dək qəbulu edilməsi barədə elan İqtisadiyyat və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin saytlarında yerləşdirilib. Qeyd edək ki, açıq hərracın 17 may 2021-ci il tarixində İqtisadiyyat Nazirliyinin Əmlak Xidmətinin Auksion Mərkəzində keçirilməsi nəzərdə tutulur.
Yer təki sahəsində fəaliyyətlə məşğul olmaq istəyən sahibkarlar hərraclarda fəal iştiraka dəvət edilir.
"FƏXRƏDDİN – K" MMC kərpic zavodları qrupudur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















