“Technip” Azərbaycanda “Etilen-polietilen” zavodunun modernləşdirilməsi üzrə işləri başa çatdırıb
“Technip” şirkəti EPC-müqavilə çərçivəsində (Engineering, Procurement and Construction) Sumqayıtda “Etilen-polietilen” zavodunun modernləşdirilməsi və yenidənqurma üzrə işləri başa çatdırıb. Bu barədə şirkətdən məlumat verilib.
“Azərbaycanda “Azərkimya”nın modernləşdiriməsi layihəsi üzeə işlərimizi vaxtında başa çatmasını təmin etmək məqsədilə COVİD-19 pandemiyası çağırışlarının öhdəsindən gəldik. Neft-kimya müəssisəsinin (“Elitel-polietilen” - İF) əsaslı təmiri sona şatıb, zavod sifarişçiyə təhvil verilib və tam istifadəyə verilib. 2020-ci ilin oktyabr ayından etibarən zavodda sifarişlə etilen və propilen istehsal edilir”, - şirkət qeyd edir.
“Technip”in məlumatına görə, sınaqlar göstərir ki, layihənin bir hissəsi kimi tətbiq olunan bütün texnoloji dəyişikliklərin düzgün işləyib. “Müqavilə istismar sınaqları fevral ayında uğurla başa çatıb və zavod etilen və propilen üçün istehsal gücünə və keyfiyyət tələblərinə cavab verib”, - məlumatda deyilir.
“Layihənin bütün mərhələlərində - layihələndirmədən, satınalma, inşası və istismara verilməsinə qədər bütün mərhələlərdə nəzərə alan “Technip Energies”in yüksək keyfiyyət standartları, müəyyən olunmuş hədəflərə problemsiz çatmağını təmin edib”, - məlumatda layihənin direktoru Stefano La Feminanın sözlərindən sitat gətirilir.
2016-cı il noyabrın 5-də “Azərikimya” İB və “TECHNİP İTALY S.p.A.” şirkəti Etilen-polietilen zavodunun yenidən qurulması layihəsi çərçivəsində EPC müqaviləsi bağlayıblar.
Bağlanmış saziş çərçivəsində işlərə EP-300 buxar krekinqi qurğusunun modernləşdirilməsi, “Technip”in lisenziyası ilə yeni krekinq sobalarının tikintisi; quru üsulla qazın təmizlənməsi üçün yeni blokun quraşdırılması, etilen və propilenin saxlanması üçün obyektlərin inşası daxildir
Layihənin reallaşdırılması illik etilen istehsalı həcmini 100-120 min tondan 192 min tonadək, propilen istehsalını 80-90 min tondan 187 min tonadək, o cümlədən, müəssisənin istismar müddətini 20 il artırmağa imkan verəcək.
AYDA 59 MANAT ÖDƏNİŞLƏ 1500 AZN KREDİT!
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
14 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 18 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























